Əsas Səhifə > Şou-biznes > "Hər şeydən əlini üzən müğənni olur"
"Hər şeydən əlini üzən müğənni olur"3-10-2024, 11:26 |
Xanəndə, Xalq artisti Zabit Nəbizadə bəzi müğənniləri tənqid edib. Lent.az-ın xəbərinə görə, o, qatıldığı teleproqramlardan birində "Minidiskin hesabına hamı oxuyan olub. Kim istəyirsə, incisin. Oxuyan gəlsin, mikrofonsuz, tar-kamanla canlı ifa etsin görüm mən dediyim şeyləri verə bilirsə, desin ki, mən müğənniyəm" fikrini səsləndirib. "Xanəndələrin, müğənnilərin mikrofonsuz oxuduğu vaxtlardakı kimi, indiki ifaçılar oxuya bilər? Allah Xalq artisti Habil Əliyevə rəhmət eləsin. O vaxt yarızarafat, yarıgerçək demişdi ki, arvadı boşamaq istəyirəm, qorxuram ki, gedib mikrofonu götürüb oxuyar. İndi hər şeydən əlini üzən gedib mikrofon götürüb, iki mahnı öyrənir, müğənni olur. Gedir camaatın toyunu da bədbəxt edir. İndi toy da yoxdur, hamısı şoudur. Əvvəl deyirdilər ki, bir şey oxu qulaq asaq. İndi deyirlər ki, bir şey oxu oynayaq. Oxumağa oynamazlar "- deyə o vurğulayıb. Geri qayıt |