Əsas Səhifə > Şou-biznes > "O biri dünyada necə ayrı qalım?
"O biri dünyada necə ayrı qalım?30-08-2024, 04:55 |
Xalq artisti Ofeliya Sənani vəsiyyətini açıqlayıb. Axşam.az xəbər verir ki, tanınmış diktor bu barədə Moderator.az-a açıqlamasında danışıb. O bildirib ki, Fəxri xiyabanda yox, həyat yoldaşının yanında dəfn olunmaq istəyir: "Mən Fəxri xiyaban istəmirəm, mənim yerim Validin yanındadır. Valid Novxanıda dəfn olunub. Kim məni ziyarət etmək istəsə, ora gələr. Mən Validdən ayrı qala bilmərəm. Hələ indi həyatdayam, ayrı qala bilmirəm. O biri dünyada necə ayrı qalım? Birimiz Fəxri xiyabanda, birimiz Novxanıda? Elə şey olar? Övladlarıma da vəsiyyətimi etmişəm. Bunu bilirlər. Evimi dəyişdim, Valid yuxuma girdi. Dedi ki, səndən gözləməzdim. Mənim o evimdən heyf! Çox qonaqpərvər, qapısı açıq ev idi. Elə bil ki, ev özü dəvət edirdi hər kəsi". Qeyd edək ki, ötən ay infarkt keçirən Ofeliya Sənani hazırda müalicə alır. Geri qayıt |