Əsas Səhifə > Şou-biznes > "Yaş 44-ə çatıb, amma nə fəxri adım var, nə də nazirlikdən bir diqqət, xahiş etməliyəm?"
"Yaş 44-ə çatıb, amma nə fəxri adım var, nə də nazirlikdən bir diqqət, xahiş etməliyəm?"15-08-2024, 10:40 |
"Ümumiyyətlə son illər bütün mövzularda və sahələrdə, istər idman olsun, istər televiziya olsun, istər kino olsun tənqid, özbəyənməmə yaranıb. Mən başa düşmürəm bu nə ilə bağlıdır? İdmançılarımızı bəyənmirik, futbolçularımızı bəyənmirik, aktyorlarımızı bəyənmirik, həkimlərimizi bəyənmirik. Ay qardaş, bu nədir belə? İnsanlarda böyük bir aqressiya var! Vəziyyət o yerə gəlib çatıb ki, dünyasını dəyişən sənətçilərimizin, elm adamlarının fotolarının altından "Allah rəhmət etsin" deyə bir söz yazmırıq. Qəribə bir özbəyənməmək var.. Biz yəqin ki, avropa ölkələrinə oxşamaq istəyirik. Bu özünü bəyənməməkdən keçmir axı! Aydın məsələdir ki, çəkilən bütün filmlər, görülən bütün işlər yaxşı olmur, amma cəhd etmək deyə bir şey var da. Onların da içində yaxşıları olur. Hər şeyi pisləmək olmaz. Yaxşıya yaxşı demək lazımdır, pisə də pis" Bunu Moderator.az-a açıqlamasında tanınmış aktyor, prodüsser Elməddin Cəfərov deyib. O daha sonra müxbirin "Niyə hələ də fəxri adınız yoxdur?" sualını cavablayıb. "İstər əvvəl olsun, istərsə də indiki vaxtda Mədəniyyət Nazirliyi tərəfindən bizə bir diqqət olmayıb. Lap əvvəllər, 2002, 2003-cü illərdə "Tək səbir" verilişinin vaxtında arada-bir bizi tədbirlərinə dəvət edirdilər. Sonradan nəyə görəsə unudulduq. Üstündən 20-25 il keçib. Fərdi, prodakşın və şirkət olaraq çalışırıq. Nə fəxri adımız var, nə də ki, bir diqqət. Ümumiyyətlə bu haqda söhbət belə getmir. Qismət olsa olar, olmasa da mən nə edə bilərəm ki? Mən xahişlə fəxri ad istəyə bilmərəm. Özləri istəyər verər, istəməsələr də heç nə. Allah o günü nəsib etsin. Artıq yaş gedib 43-44-ə çatıb. 2014-cü ildə nazirliyə bununla bağlı müraciət etmişdim, sonra ruhdan düşdüm" deyə məşhur bildirib. Geri qayıt |