Əsas Səhifə > Şou-biznes > "Meral Konratın üzvlük məsələsinə baxıla bilər"
"Meral Konratın üzvlük məsələsinə baxıla bilər"12-08-2024, 06:50 |
Türkiyəli aktrisa Meral Konrat Azərbaycan Kinematoqrafçılar İttifaqına üzv olmaq istəyir. O özü bu haqda Moderator.az-a danışarkən deyib. “Əlbəttə ki, üzv olmaq istərdim. Qürur duyaram. Böyük məmnuniyyətlə. Çünki mən iki ölkənin, bir millətin aktrisasıyam. Azərbaycan da mənim vətənimdir. Türkiyədə "Filmsan" adlı kino ittifaqı var. Hər il tədbirlərdə, xüsusi günlərdə, kino bayramlarında bir araya gəlirik" deyə aktrisa bildirib. Azərbaycan Kinematoqrafçılar İttifaqından saytımıza verilən məlumata görə hazırda ittifaqda qurultaydan sonra sənədləşmə işləri aparılır: "Üzvlük məsələsi müəyyən aya qədər dayandırılıb. Amma nizamnaməyə uyğun olaraq bir müddət sonra Meral Konratın üzvlük məsələsinə baxıla bilər" deyə ittifaqdan bildirilib. Geri qayıt |