Əsas Səhifə > Şou-biznes > "Demişdin ki, müharibə bitsin səni bütün Qarabağda gəzdirəcəyəm"
"Demişdin ki, müharibə bitsin səni bütün Qarabağda gəzdirəcəyəm"10-08-2024, 14:25 |
Əməkdar artist Rafael İsgəndərov sosial media paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aktyor Ağdama gedib. Rafael orada çəkdiyi görüntüləri dostu, şəhid Abbasov Müşviq Qabil oğlunun xatirəsinə həsr etdiyini bildirib: "Videonu əziz dostum Müşviq Abbasova həsr edirəm. Sənin kəndində, Abdaldayam. Bu gün sənsiz Ağdama gəlmək qismət oldu. Allah sənə rəhmət eləsin. Demişdin ki, müharibə bitsin səni bütün Qarabağda gəzdirəcəyəm. Bu gün torpaqlarımızı ki, gəlib belə ziyarət edirik, bu işdə zərrə qədər əziyyəti olan hər bir kəsin qarşısında baş əyiriəm. Allah qazilərimizə can sağlığı versin, şəhidlərimizə rəhmət eləsin". Qeyd edək ki, M.Abbasov 44 günlük Vətən müharibəsində iki oğlu - Şamil və İntiqam ilə birlikdə könüllü olaraq döyüşlərə qatılıb. O, Ağdam istiqamətində bir çox hərbi əməliyyatlarda müvəffəqiyyətlər qazanıb və 6 oktyabr 2020-ci ildə rayonun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. Prezidenti İlham Əliyevin sərəncamları ilə M.Abbasov ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib. Geri qayıt |