Əsas Səhifə > Şou-biznes > Tanınmışlar yayın dadını HARADA ÇIXARIR?
Tanınmışlar yayın dadını HARADA ÇIXARIR?7-08-2024, 11:46 |
Bir yandan Məhərrəmlik ayı, toy edən yoxdur, bir yandan da istilər… Sənət adamlarının bəziləri başını götürüb bölgələrə gedib, bəziləri də istirahətini ölkə xaricində keçirir. Yenicag.az xəbər verir ki, tanınmış rejissor, Əməkdar artist Sərvər Əliyev Qaxda dincəlir. Xalq artisti Zülfiyyə Xanbabayeva istirahət üçün Qazaxıstanın Astana şəhərini seçib. Aşıq Zülfiyyə yayın dadını doğulub boya-başa çatdığı Tovuzda çıxarır. Özü də ailəsi, nəvələri ilə. Zamanının çoxunu səyahətlərdə keçirən aparıcı Çinarə Əliyeva həyat yoldaşı ilə birgə Türkiyənin İstanbul şəhərində istirahət edir. Şairə Nazilə Səfərli gərgin iş qrafikinin yorğunluğunu İstanbulda çıxarmağa çalışır. Aktyor Rüfət Nəzər Lerikdə dağ havasını ciyərinə çəkməklə ruhunu dincəldir. Aşıq Samirə isə avqustun istisindən başını götürüb doğulduğu torpağa -Tovuza yollanıb. Necə deyərlər, həm ziyarət, həm ticarət. Geri qayıt |