Əsas Səhifə > Şou-biznes > "Sağlıq problemi olanlar belə dilənmir"
"Sağlıq problemi olanlar belə dilənmir"6-08-2024, 12:55 |
Müğənni Roza Zərgərli övladlığa götürdüyü kiçik oğlu Jerard Qafarovun paylaşımı ilə bağlı tənqidlərə münasibət bildirib. Ölkə.Az xəbər verir ki, o, Jerardın günlərdir işsiz olması və yeməyə pul tapmaması barədə sözlərinə belə reaksiya verib: “Bir uşağa qucaq aşmaq hər igidin işi deyil. Bir çox kişilərin görə bilmədiyi işi gördüm Allah xatirinə. Quyuyuya su tökməklə quyu sulu olmur. İki doğma qardaş. Biri iş sahibi olmağı bacardı, zəhmətimi, əməyimi dəyərləndirdi, digəri isə göz önündədir. Sağlıq problemi olan insanlar belə dilənmir. Bu övladıma əməyimə heyfim gəldi. Bu qədər. 26 yaşında evi olan insan boğazını dolandıra bilmirsə və yaşatdığım həyatı qoyub seçdiyi yolda uğur yoxdursa, valideyn ona nə etsin? Şərh yazanlara isə sözüm budur: Mənim bacarmadığımı düşünürsünüzsə, indi siz bacarın!”, - deyə o əlavə edib. Qeyd edək ki, R. Zərgərli 3 uşaq övladlığa götürüb. Jerardın qardaşı aktyor Corc Qafarovdur. R. Zərgərlinin Bənövşə adlı doğma qızı da var. Xatırladaq ki, ötən gün Jerard 4-5 gündür işsiz olduğunu yazıb: “İş tapa bilmirəm. Neçə gündür yemək də yeyə bilmirəm. İmkanı çatan mənə kömək ola bilər, evimə yemək alım. Kimin imkanı çatırsa, yazar, kart ataram, pis vəziyyətdəyəm” - o bildirib. Geri qayıt |