Əsas Səhifə > Şou-biznes > “İş tapa bilmirəm, evdə yeməyim yoxdur”
“İş tapa bilmirəm, evdə yeməyim yoxdur”6-08-2024, 10:31 |
Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü kiçik oğlu Jerard Qafarov işsizlikdən şikayətlənib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Jerard sosial media hesabında yazıb. O, işsiz olduğunu, yeməyə pul tapmadığını açıqlayıb: “4-5 gündür işsizəm. İş tapa bilmirəm. Evdə yeməyim yoxdur. Neçə gündür yemək də yeyə bilmirəm. İmkanı çatan mənə kömək ola bilər, evimə yemək alım. Kimin imkanı çatırsa, yazar, kart ataram, pis vəziyyətdəyəm”. Qeyd edək ki, Jerardın qardaşı aktyor Corc Qafarovdur. R. Zərgərlinin Bənövşə adlı doğma qızı da var. Geri qayıt |