Əsas Səhifə > Şou-biznes > "Bu cür böyük hadisələrə baxış müəyyən müddətdən sonra daha aydın, daha dolğun olur"

"Bu cür böyük hadisələrə baxış müəyyən müddətdən sonra daha aydın, daha dolğun olur"


5-08-2024, 09:42
"Bu cür böyük hadisələrə baxış müəyyən müddətdən sonra daha aydın, daha dolğun olur"
“İnanıram ki, Vətən müharibəsi, bu müharibədə hərbçilərimizin göstərdiyi qəhrəmanlıqlarla bağlı ən gözəl əsərlər 30-40 il sonra yaranacaq”.

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Valeh Kərimov bildirib. Xalq artisti vurğulayıb ki, İkinci Dünya müharibəsi buna nümunə sayıla bilər:

“İkinci Dünya müharibəsi başa çatar-çatmaz bu müharibə haqqında SSRİ-də bir çox filmlər çəkildi, çoxlu əsərlər meydana çıxdı. Lakin zaman göstərdi ki, İkinci Dünya müharibəsi haqqında ən təsirli, ən effektiv filmlər müharibə başa çatandan bir neçə il sonra yarandı. Hansı ki, bu əsərlərdə müharibə, onun dəhşətləri, burada yaşanana qəhrəmanlıq olayları daha effektli şəkildə ortaya qoyulmuşdu.

Bu baxımdan hesab edirəm ki, İkinci Qarabağ müharibəsi haqqında da 40-50 ildən sonra daha təsirli filmlər meydana çıxacaq. Çünki bu cür böyük hadisələrə baxış müəyyən müddətdən sonra daha aydın, daha dolğun olur. Hazırda da bu istiqamətdə müəyyən işlər görülür ki, bütün bu səylər alqışlanmalıdır”.

Geri qayıt