Əsas Səhifə > Şou-biznes > "Bəs səhv hesab edilən sualların hansı olduğunu necə bilək?"

"Bəs səhv hesab edilən sualların hansı olduğunu necə bilək?"


31-07-2024, 09:34
"Bəs səhv hesab edilən sualların hansı olduğunu necə bilək?"
Tanınmış teleaparıcı Vüsalə Məmmədova iyunun 28-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin qabiliyyət tələb edən musiqi sənəti istiqaməti üzrə ixtisasların harmoniya və solfecio, musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə keçirilən test imtahanından narazılığını ifadə edib.

Dia-az.İnfo xəbər verir ki, sosial media hesabında paylaşım edən jurnalist imtahanda səhv sualın olduğunu bildirib:
“Zatən ikinci şansın verilmədiyi, qəbul nəticələrinə görə bütün motivasiyalardan kənarda qalan V ixtisas qrupunda uşaqlara imtahan sonrası sual kitabçaları da verilməyib. Niyə?

Apellyasiyaya vermək istəyirik. Qaynar xəttə müraciət etmişik. Heç bir halda sual kitabçasını əldə edə bilməyəcəyimizi deyən operatordan soruşuruq ki, bəs səhv hesab edilən sualların hansı olduğunu necə bilək?

Cavab:

– Bilirdiniz səhvdir, sualı yadınızda saxlayardınız!

Səmimi deyirəm, cavabı başa düşməkdə çətinlik çəkirəm”.

Geri qayıt