Əsas Səhifə > Şou-biznes > Sabiq deputat Ruhi Əliyevanı sərt tənqid etdi
Sabiq deputat Ruhi Əliyevanı sərt tənqid etdi3-07-2024, 09:29 |
Hamı bilir ki, mən "tərifçi" deyil, daha çox "tənqidçi" jurnalistəm. Jurnalistikada olduğum bu 35 ildə də kiminsə haqda xoş sözlər yazdığım tək-tük halda olub, ya yox. İndi məndən çıxmayan iş; o gün götürüb Ruhi Əliyeva haqda 5-3 cümləlik bir status yazdım. Yaxşı ki, statusda da Ruhi ilə uzaqdan-yaxından heç bir tanışlığım olmadığını qeyd etmişdim. Yoxsa bu gün bir kimsəni, nəyəsə inandıra bilməzdim. Dediyim ondadır ki, yazı dərc olunar-olunmaz bu qadın haqda mənə o qədər eybəcər faktlar-sübutlar göndərdilər ki, əlim üzümdə qaldı. Doğrudan da insanları tanımaq nə qədər çətinmiş. Mənə zəng edənlər, ismarıç göndərənlər, təkidlə bircə anlığa YouTube-a, Google-a baxmağı xahiş edirdilər. Baxdım və dəhşətə gəldim. Mən bu xanım haqda yazılanlarları kənara qoyuram, axı bunun özünün yazdıqları, danışdıqları, etdikləri, sadəcə əttökənlikdi. Ona göra də Ruhi haqda yazdığım statusu çıxardım. Bir də qələt eləyib tanımadiğım birisi haqda nəsə yazmaram. Bu mənə dərs olar. Ruhi Əliyeva haqqında deyilənləri, o cümlədən özünün danışıqları, eybəcərlikləri kənara qoyuram. Onların əksəriyyətini heç dilimə də gətirməyi utanıram. Ancaq içərisindən ikisi barədə (videolarını aşağıda qoyuram) soruşmaĝa məcburam: 1. Ruhi xanım guya ki, sizə"Avropanın "Şərəf" ordeni təqdim olunub. Hansı Avropanın, ay xanım? Avropanın da "Şərəf ordeni" ola bilərmi? Mən Google-da axtarış verdim, qarşıma buna bənzər heç bir məlumat çıxmadı. Videoda da deyildiyi kimi, guya bu Avropa ordeni Azərbaycanda ilk dəfə sizin adıniza gəlib və sizə təqdim olunub. Sual olunur: hardan gəlib, kimin adına gəlib? Bəs bu ordeni kim təsis eləyib? Onu yaxanıza taxan o məddahmı? Bu suallar açıq qalır. Xahiş edirəm, bu barədə bir açıqlama verin. 2. Siz cəbhə bölgələrində dəfələrlə olmusunuz. Əsgərlərimizə yardım da aparmısınız. Bunu ötən yazımda qeyd etmişəm. Bunu danmaq insafsızlıq olardı. Amma məhz cəbhə BÖLGƏlərində. Bu məqamda isə deyirsiniz ki, 44 günlük müharibə dövründə CƏBHƏ xəttində top atmısınız. Bir neçə dəqiqə sonra isə deyirsiniz ki, top atanın yanında dayanmısınız. Və top atılanda gurultunun gücü sizi yuxarı qaldırib, ağzı üstə çevirib. Daha sonra isə guya Müdafiə Nazirliyi rəsmisi (kimdir o rəsmi?) tərəfindən "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmusunuz. Və ardınca da "İlin qəhrəman topçusu" adı, şerlər, mahnılar, kliplər və bu qəbildən olan bir sıra təmtəraqlı titullar. Əvvəla "Vətənə xidmət görə" ordeni yalnız Prezident tərəfindən təltif olunur. Və sinədə də sol tərəfə taxılır (Sizin halda isə bu səhvən sağ tərəfə taxılıb). Bu yüksək adla təltif olunanların siyahısına baxdım. O siyahıda adınıza rast gəlmədim. Bəs elə isə, sizi kim təltif edib bu saxta ordenlə? Əvvəla sizin tip, yəni reklama ifrat meylli insanın, müharibə dövründə ön xəttə getməyinə qəti inanmıram. Getsəydiniz, ən azından videosunu-fotosunu paylaşardınız. Və hətta bu baş veribsə, onda sizi ora buraxan "tupoy" mütləq tapılmalı və cəzalandırılmalıdır. Yəni hansısa topçunun yanında dayanmağa görə də adama orden-medal verilər? Nə isə söhbəti uzatmaq istəmirəm. Hörmətli Ruhi xanım, sizə çoxlu sualım var. Ona görə də sizi redaksiyamızda CANLI EFİRƏ dəvət edirəm. Əgər özünüzə sığışdırıb gəlmirsinizsə, mən gəlim. Toplayın başınıza bütün jurnalistlərinizi, vəkillərinizi, mən isə tək. Ancaq canlı efir olmaq şərti ilə. Bundan imtina da edə bilərsiniz. Bu sizin haqqınızdır (Onsuz da indiyə qədər hansısa müstəqil jurnalistə açıqlama verdiyiniz gözümə dəyməyib). Və bununla da söhbət bağlanar. Amma nə badə hansısa uşaq-muşağa, gədə-güdəyə cavab yazdırasız. Bax, onda bu "xəmir" çox su aparar. Sayğılarla.. Etibar HÜSEYNOV, Jurnalist, keçmiş millət vəkili Azerbaycanrealligi.Com Geri qayıt |