Əsas Səhifə > Şou-biznes > "Sən dünən kim idin, bu gün kim olmusan?!"
"Sən dünən kim idin, bu gün kim olmusan?!"27-06-2024, 10:00 |
“Qonşularımla hər zaman gözəl münasibətim olub. Heç bir problemim olmayıb. İstər rayondakı qonşularımla, istərsə də Bakıdakı qonşularımla çox mehriban və səmimiyik. Ola bilər ki, bəzi məşhurların qonşuları ilə münasibəti yoxdur, bunu deyə bilmərəm. Amma mən çox mehribanam. Bayramlarda bir-birimizə kömək də edirik. Heç vaxt onlara qarşı ulduzluq etməmişəm. Birincisi ulduz göydə olar, yerdə yox. Hamımız insanıq. Heç kim cəhənnəmdə cənnət yaratmayıb. Belə şeylər məndən uzaqdır. Allahdan xəcalət çəkərəm ki, deyim ulduzam, məşhuram, kiməsə yuxarıdan aşağı baxım. Mən əlimə süpürgə götürüb qapımızın ağzını da süpürərəm. Bundan heç çəkinmərəm ki, kimsə mənə baxar, gülər. Bu mənə xoşdur. Özünü göylə aparmaq mənlik deyil” Bunu Moderator.az-a açıqlamasında tanınmış aşıq Zülfiyyə İbadova deyib. “Bəzən şahidi oluruq ki, külli-miqdarda pul verib, toylarına gətirdikləri o məşhur müğənnilər onlarla şəkil çəkdirmək istəyən şəxsləri itələyir, uzaq gəzir. Bir şəkildir də, çəkdirib gedəcək. Zərin tökülür? Ya dünya dağılır?! Görünür onlar elə tərbiyə görüblər. Bu tərbiyəsizliyin bir növüdür. Əgər səni sən edən bu xalqdırsa, kimliyindən asılı olmayaraq ixtiyarın yoxdur ki, kimisə itələyəsən, onunla kobud danışasan. Bu mənim aləmimdə mümkünsüzdür. Kim də elə edirsə özü bilsin, Allahı bilsin. Təkəbbürlü insanları Allah sevmir. Özləri bir düşünsünlər bu barədə. Sən dünən kim idin, bu gün kim olmusan?! Sənə Allah bu şansı veribsə bəlkə Alah səni sınayır?! Sən niyə Allahın xoşuna gəlməyən nələrisə edirsən ki?!” deyə aşıq bildirib. Geri qayıt |