Əsas Səhifə > Şou-biznes > “Layiq olmayanlara fəxri adı mən vermirəm ki...”
“Layiq olmayanlara fəxri adı mən vermirəm ki...”24-06-2024, 13:10 |
“Kənarda öyünə-öyünə, böyük-böyük gəzə bilərlər. Lakin layiq olmadan Xalq artisti adı alanlar teatrda elə edə bilmirlər, onlar öz yerlərini bilirlər. Bilirlər ki. onlara halallıq verilmir, buna layiq deyillər”. Bu fikirləri Lent.az-a Prezident təqaüdçüsü, Xalq artisti Cəfər Namiq Kamal söyləyib. “Sizcə hər gələnin Xalq artisti kimi bir adı daşıması bu adı nüfuzdan salır?” sualına cavabında aktyor deyib: “Verməsinlər. O adları layiq olmayanlara mən vermirəm ki... Hamı çox şey istəyə bilər. Verməsələr, kim nə əldə edə bilər ki... İllərlə səbrlə öz işimi görmüşəm, bir də təqüdə çıxanda Xalq artisti adını almışam. Görüblər, veriblər. Qapı-qapı gəzib ad istəməmişəm. Bunu bacarmamışam”. Geri qayıt |