Əsas Səhifə > Şou-biznes > “53 ildir ki, sənətdə olsam da fiziki qüsurlu oğlumla səfalət içində yaşayıram"

“53 ildir ki, sənətdə olsam da fiziki qüsurlu oğlumla səfalət içində yaşayıram"


23-05-2024, 10:37
 “53 ildir ki, sənətdə olsam da fiziki qüsurlu oğlumla səfalət içində yaşayıram"
“Aidiyyatı qurumlara məktub yazmaqdan yorulmuşam. Milli Məclisin Mədəniyyət komitəsinə məktub yazmışam, onlar da həmin məktubları Mədəniyyət Nazirliyinə göndəriblər. Mədəniyyət Nazirliyində də məktubları oxumurlar. Səfalətli yaşayışım haqqında onlara məktub yazıb haqqım olan mükafatı, təqaüdü istəmişəm. 70 yaşım tamam olur, 53 ildir ki, sənətdəyəm. Nazirliyin Sevil Kərimova adlı işçisi məktubuma cavab olaraq yazıb ki, fəxri adları biz vermirik. Guya mən onlardan fəxri ad istəmişəm. Məktublardan belə xəbərsizdirlər”

 “53 ildir ki, sənətdə olsam da fiziki qüsurlu oğlumla səfalət içində yaşayıram"

Bunu Moderator.az-a açıqlamasında əməkdar artisti Ədilə Əflaki deyib. O daha sonra əlavə edib.

“Bəs mən nə etməliyəm? Sözümü kimə deməliyəm?! Himayəmdə fiziki qüsurlu olan oğlumla səfalət içərisində yaşayırıq. Ev şəraitim dözülməzdir. Onda xahiş edirəm ki, mənə vaqon evlərdən alsınlar, mən də orada yaşayım. Əfsuslar olsun ki, modul evləri də qoymağa torpaq lazımdır. Gərək mənim 10-20 kv. metr torpağım olsun ki, modul evi qoyum. Mənim bir santimetr də torpağım yoxdur. Məni insanlar, xalq sevir, o qədər gözəl rəylər yazırlar verilişlərimə. O vaxt Almaniyada fəaliyyət göstərirdim. Düzdür, vətən şirindir, indi də vətənimi çox istəyirəm. Amma balam da əldən gedir, özüm də. Ən fəxri, şərəfli adları daşıyan mən görün nə gündə ömür sürürəm!” deyə müğənni bildirib.

Geri qayıt