Əsas Səhifə > Şou-biznes > Xalq artistinin xanımının vəziyyəti ağırdır:

Xalq artistinin xanımının vəziyyəti ağırdır:


22-05-2024, 10:51
Xalq artistinin xanımının vəziyyəti ağırdır:
Xalq artisti, mərhum Arif Quliyevin həyat yoldaşının vəziyyəti ağırdır.

Bu barədə Qaynarinfo-ya aktyorun oğlu Rövşən Quliyev məlumat verib.

O, anasının hazırda reanimasiyada olduğunu qeyd edib:

"Anam çox ağırdır, özündə deyil. Bizi nə dinləyir, nə danışır, nə də eşidir".

Qeyd edək ki, mərhum aktor Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyevanın səhhəti ağırlaşıb. O, qaraciyər sirrozu (Hepatit) diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Terapevtik Reanimasiya şöbəsinə yerləşdirilib.

Geri qayıt