Əsas Səhifə > Şou-biznes > Castin Biberlə Selena Qomez rəqs etdi

Castin Biberlə Selena Qomez rəqs etdi


12-03-2014, 09:43
Castin Biberlə Selena Qomez rəqs etdi
Məşhur müğənni Selena Qomez və Castin Biberin yenidən birlikdə olması barədə xəbərlər yayılıb.

Axşam.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, kanadalı ifaçı İnstaqram hesabında Selena ilə birgə görüntülərini yayımlayıb.

Videoda iki sənətçinin səmimi şəkildə rəqs etdiyi görünür. Bir saat ərzində 1 milyondan çox istifadəçinin "bəyəndiyi" görüntülər cütlüyün yenidən sevgili olması barədə ehtimalları artırıb. Bundan başqa, Castin S. Qomezin "Oskar" partisindən fotosunu yayımlayaraq "Dünyanın ən zərif şahzadəsi" sözlərini yazıb.



Geri qayıt