Əsas Səhifə > Şou-biznes > "Əmioğlu, səni dərin hüzn və kədərlə yad edirik..."
"Əmioğlu, səni dərin hüzn və kədərlə yad edirik..."17-03-2024, 07:22 |
Xalq artisti Brilliant Dadaşova mərhum əmisi oğlu, Xalq artisti Rafael Dadaşovun ölüm ildönümü ilə bağlı paylaşım edib. Moderator.az xəbər verir ki, aktyorun yer aldığı videonu yayımlayan müğənni bunları yazıb: "Həyat yalnız xatirələrdə qalır. Bir də gördün ki, başının üstünü ayrılıq alır. Əmioğlu, səni dərin hüzn və kədərlə yad edirik". Qeyd edək ki, R.Dadaşov 2020-ci ilin martında dünyasını dəyişib. Aktyor ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş və daha sonra vəfat etmişdi. Geri qayıt |