Əsas Səhifə > Şou-biznes > “Mən yanımda qadına oxşayan, arvad kimi kişi görmək istəmirəm, bəziləri kişilikdən çıxıb”
“Mən yanımda qadına oxşayan, arvad kimi kişi görmək istəmirəm, bəziləri kişilikdən çıxıb”9-03-2024, 10:09 |
“Gender bərabərliyi gözəl şeydir. Çünki biz insanıq. Kişi də insandır, qadın da. Ona görə də hər kəsin öz hüququ var. Bəli, biz bir insan kimi bərabərik. Buna başqa bir bucaqdan baxan insanlar da var. Deyirlər ki, bizim də hüquqlarımız kişilərlə bərabərdir! Mən belə düşünürəm ki, kişinin kişi yeri var, qadının da qadın yeri. Eyniləşdirmək lazım deyil. Çünki biz tamamilə fərqli cinslərik. Əgər bərabər olsaydılar elə bir cins yaranardı da. Bir-birindən fərqli cəhətləri elə birinci bundadır” Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Gülşad Baxşıyeva deyib. O daha sonra əlavə edib. “Biz başqa əsrdə tərbiyə almışıq. Uşağa ana baxar. Niyə? Çünki ana ona süd verir. Əfsuslar olsun ki, indiki dövrdə heç uşağa süd vermirlər. Ana ilə uşaq arasında ünsiyyət bağı qopur. Ona görə də indi uşaqlar ananı eşitmirlər, ataya daha çox meyllidirlər. Ana övladı ilə o bağı qırır. Uşaq atadan qorxar, ananın yanında böyüyər. Bir qadın nə qədər kişiləşmək istəsə də heç vaxt kişi ola bilməz. Buna onun gücü çatmaz. Həmçinin də pul qazanmaq da şərt deyil! Pul qazanmaq o demək deyil ki, sən kişisən! Kişinin ailədə, cəmiyyətdə rolu başqadır. Bəli, qadın da, kişi də vəzifə sahibi olub pul qazana bilər. Amma övladın tərbiyəsində fərqlidirlər. Ailədə ataya hörməti ana yaradır. Ana yaratmasa övlad atasına hörmət etməz. Niyə bir çox ailələr bu gün dağılır?! Bu elə gender məsələsinə görədir! Qadın kişiyə deyir ki, mən səninlə bərabərəm! Onun qarşısına şərtlər qoyur! Amma övladı olan qadınlar düşünmürlər ki, onların ailədə öz missiyası var. Mən normal ailərdən danışıram. Bu gün normal olmayan ailələr daha çoxdur. Evliliyi evlilik xatirinə edirlər, evlilik xatirinə ərə gedirlər, istəkləri, məqsədləri yoxdur. Həyatın mənasını geyinməkdə, mağazaları gəzməkdə, gündə bir paltar dəyişməkdə, kişinin pullarını dağıtmaqda görürlər. Vallah kişilər də yazıqdır. Qadınlar gərək kişiləşməsinlər. Bu missiyanı kişilərin boynuna qoymaq lazımdır. Boyunlarına götürürlər, alınmır, bacarmırlar və boşanırlar. Mən keçən əsrin adamıyam. Cəmiyyətdə ikiləşmə görürəm. İstəyir kişilərdə, istəyirsə də qadınlarda. Bəzi qadınlar xanım kimi sanballarını saxlayıblar. Yeni nəsil ki, gəlib, onlar ümumiyyətlə qadın kimdir, hansı məzhəbə qulluq etməlidir kimi sualların cavabını bilmirlər. Çox cılızlaşıblar. Elə qızlarımız da, qadınlarımız da uşağa münasibətdə əvvəlki analar kimi deyillər. Uşağa gərək qayğı göstərəsən. Onlar istəyir ki, uşaq özü böyüsün, kimsə onun uşağına baxsın və o uşaq böyüsün. Belə olmur. Keçmişdəki xanımlar daha qadın olublar. Ailələrinə baxıblar, kişilərinə hörmət ediblər. İndi bu hörmət yoxdur. Ancaq özlərinə baxırlar. Bu gün kifayət qədər xanımlar görürəm ki, baxımlı, saçları bir rəngdə, kiprikləri, qaşları amma yanındakı kişiyə baxırsan ki, elə bil bomjdur! Belə şey olar?! Onlara tərbiyəni düz verməyiblər. Qadın istəyər öz kişisini kişi edər, qadın da var ki, istəyər öz kişisini göylərə qaldırar. Şükürlər olsun Allaha ki, hələ də nümunəvi ailələrimiz var. Bu bilirsiniz harada daha çox hiss olunur?! Bakının kəndlərində! Hələ ər-arvad münasibəti, bir-birinə sayğısı olan ailələr var. Şəhərdəkilər azğınlaşıblar, rayonlarda, Bakı kəndlərində bu dəyərlər qalıb. Bəzi kişilərimiz də forma baxımdan kişilikdən çıxıblar. Mənə elə gəlir ki, bunların elə səbəbi qadınlardır. Mən şəxsən yanımda qadına oxşayan, arvad kimi kişi görmək istəmərəm. Mən yanımda kişi kimi kişi görmək istərəm” deyə aktrisa bildirib. Geri qayıt |