Əsas Səhifə > Şou-biznes > "Üzürlü sayın, mən ölmüşəm"

"Üzürlü sayın, mən ölmüşəm"


1-03-2024, 09:40
"Üzürlü sayın, mən ölmüşəm"
Müğənni 6 ildir vəfat edən tanınmış bəstəkarın sosial şəbəkədəki səhifəsinə yazaraq ondan mahnı istəyib.
Moderator.az xəbər verir ki, bu barədə jurnalist Vasif Ayan "Facebook" səhifəsində yazıb:

"Mərhum bəstəkar Tahir Əkbərin profilinə bir müğənni mesaj yazıb, ondan yeni mahnı istəyib. Onun səhifəsini idarə edən ailə üzvlərindən biri həmin mesaja: "Üzürlü sayın, mən ölmüşəm" cavabını yazıb. O da "oldu, çox sağolun" deyib. Həmin müğənni bir neçə gün sonra kanalların birinə çıxıb, mahnı oxuyurmuş.

"Hərdən belə də olur" rubrikasından..."

Geri qayıt