Əsas Səhifə > Şou-biznes > Aysun hansı aparıcını hədələdi?
Aysun hansı aparıcını hədələdi?28-02-2024, 11:16 |
Açıqlamaları ilə hər dəfə gündəm yaradan müğənni Aysun İsmayılova qatıldığı proqramlardan birində adını çəkmədən bir aparıcıdan gileylənib. Sosial şəbəkələrdə onun Zaur Kamal barədə danışdığı iddia olunub. Lent.az-ın xəbərinə görə, müğənni atası yaşda aparıcının onunla xoşagəlməz tərzdə danışdığını bildirib. “Deyirəm şəxsi həyatımdan danışmayaq, mənə keçmişimdən sual vermə, verir. Danışır, gərəksiz suallar verir, qonaqlarını alçaldır, təhqir edir, düşünmədən danışır. Sən cavab verə bilərsən, amma o verilişin o hissəsini kəsib verəcək efirə. Burdan deyirəm, sənin verilişin var, mənim də milyonluq Instagram səhifəm. Hamı hər şeyi bilir, elə eləməyin açım sandığı, töküm pambığı. Məni efirə pulla çağırmırlar, mənim qatıldığım hər veriliş reytinq verir, təqvimlə toya gedirəm, sizə ehtiyacım yoxdur”- o qeyd edib. Geri qayıt |