Əsas Səhifə > Şou-biznes > "O adları onların əlindən almaq lazımdır"
"O adları onların əlindən almaq lazımdır"22-02-2024, 09:16 |
“Akif İslamzadə qalıb kənarda, Miri Yusif Xalq artistidir. Kimdir axı o? Nə oxuyur? Konsertə bir qrup adam yığırsa, onda o, Xalq artisti olmalıdır?” Bu sözləri “Cebhe.info”-ya açıqlamasında müğənni Əli Mirəliyev söyləyib. Onun sözlərinə görə, fəxri adlarla bağlı dəfələrlə iradlarını Mədəniyyət Nazirliyinə çatdırıb: “YouTube”-da 3-4 dəxlisiz,yersiz və millətimizin üslübuna uyğun olmayan mahnı oxuyub fəxri ad alırlar. O adları onların əlindən almaq lazımdır. Fanatların çoxdur deyə fəxri ad verirlərsə, o zaman Akif İslamzadəyə çoxdan Xalq artisti adı verilməli idi. Ən çox fanat ordusu zamanında məhz elə onda olmuşdu. Yaxud Xalq artisti adı mənə də verilə bilər. Çünki mənim fanatlarım, sevənlərim Miri Yusifdən qat-qat daha çoxdur. Lakin mən özüm üçün Xalq artisti adını heç istəmirəm”. “Vallah, ad ona Prezident tərəfindən verilib. Məncə, sual düzgün yerə ünvanlanmayıb”. Bunu isə Miri Yusifin prodüseri Emin Əfəndi Əli Mirəliyevə cavabında bildirib. Geri qayıt |