Əsas Səhifə > Şou-biznes > "İnanın onların evində qalanda barmaqlarımın üstündə gəzirəm ki..."
"İnanın onların evində qalanda barmaqlarımın üstündə gəzirəm ki..."18-02-2024, 07:29 |
"Gəlinim məndən soruşur ki, "ana, bu gün tez duracaqsınız?" Deyirəm ki, hə, saat 7-də, amma sən oyanma. Onsuzda o, həyat yoldaşını yola salanda, səhər 9-un yarısı oyanır. Sonra bir də mənim üçün oyansın? Deyirəm ki, get yat, durma, öz evimdə özüm oyana bilmirəm ki? Belə qayınana var? Söyləyirəm ki, sən məni güdürsən evdə? Get yat". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva "10-da görüşək" verilişdə qonaq olarkən deyib. O, gəlinindən danışıb: "İnanın onların evində qalanda barmaqlarımın üstündə gəzirəm ki, oyatmasınlar, rahat yatsınlar. Mətbəxə girən kimi, görürəm ki, gəlinim arxamca gəlir. Gəlinim mənim kimi oxatan bürcündəndir. Əgər səhər çəkilişə, verilişə gədəcəyəmsə, gecikməmək üçün gedib oğlumgildə qalıram". Qeyd edək ki, ifaçının oğlu Adil 2022-ci ildə Gülnar adlı xanımla ailə qurub. Geri qayıt |