Əsas Səhifə > Şou-biznes > "Kimin zənglərinə, mesajlarına cavab verə bilmirəmsə, üzrlü saysın..."

"Kimin zənglərinə, mesajlarına cavab verə bilmirəmsə, üzrlü saysın..."


28-01-2024, 22:04
"Kimin zənglərinə, mesajlarına cavab verə bilmirəmsə, üzrlü saysın..."
Səhhətində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilən aparıcı İlkin Həsəni əməliyyatın qaçılmaz olduğunu bildirib.

Aparıcı hazırda vəziyyətinin yaxşı olduğunu deyib.

“Dostlar, hər şey qaydasındadır. Manşetlərdə “İlkin Həsəni xəstəxanaya yerləşdirildi” ifadəsi bir az drammatik görünsə də, vəziyyət yaxşıdır. Bir neçə günlük davam edən müayinələr onu göstərdi ki, əməliyyat qaçılmazdır. Kimin zənglərinə, mesajlarına cavab verə bilmirəmsə, üzrlü saysın, ağrıkəsicilərin təsirindən havalardayam”, - deyə aparıcı qeyd edib.
Geri qayıt