Əsas Səhifə > Şou-biznes > “Səhnədə ifaçılar əlbəyaxa olub dava elədilər”
“Səhnədə ifaçılar əlbəyaxa olub dava elədilər”18-01-2024, 12:40 |
Xalq artisti Mübariz Tağıyev “Cebhe.info”-ya müsahibə verib. Müsahibədə Xalq artisti Azərbaycan mədəniyyətinin indiki indiki durumu ilə bağlı da fikirlərini bölüşüb. -Mübariz bəy, televiziyalarda Bədii Şura yaradılmalı idi. Əsas 5 həmkar üzvdən biri də siz olmalı idiniz. Bilmək istərdik ki, Bədii Şüranun aqıbəti necə oldu? -Düzünü desəm, heç mənim də hər hansısa dəqiq xəbərim yoxdur. Amma Bədii Şura yaradılmalıdır. Lakin mənim səhhətimdə yaranan problemlərdən dolayı mən hazırda konkret bir cavab deyə bilmərəm. Amma istərdim ki, hər bir televiza və ya teleproqramlar özləri müstəqil qərar versin. Şərt deyil ki, yalnız qayda- qanun çərcivəsində hər hansı bir proqram yayımlasınlar. Belə etmələrini heç mən də istəməzdim. Özləri qərar versinlər. Biz sadəcə istiqamət və müəyyən qədər yol önə sürək. - SSRİ dönəmində Bədii Şura vardı, azad media yox idi. Lakin yenidənqurma dövründə bütün senzuralar aradan qaldırıldı. Ən əsası isə rok, caz və s. musiqi janrları ölkəmizdə və digər postsovet ölkələrində təbliğ olunmağa başladı. Necə düşünürsünüz, bu musiqilər bayağı musiqələrin yolunu açdı? - Bizə təkrar sosialist modeli gətirmək lazım deyil. Artıq dünya müasirləşib inkişaf edir. İrəli getmək lazımdır, geri getmək lazım deyil. Rok və caz musiqisi öz ifa üsuluna uyğun yönləndirilərsə, əsla bayağı mədəniyyətdən söz gedə bilməz. Əksinə, düzgün formatda təqdim olunarsa, milyonların sevgisini qazanmış olacaq. - Milyonların sevgisini qazanmış ifaçılar dedikdə ağla ilk olaraq “Beatls” qrupu Elton Con və digər ifaçılar yada düşür. Lakin onlar haqqında homeseksuallıq, zərərli vərdişlər kimi ittihamlar var. - Bilirsiniz, rok musiqisi və digər sadaladığınız sənətçilərin ifası bir çağırışdır. Nümunə üçün bir xarici estrada müğənnisinin ifasını tərcümə etsək görərik ki, oxuduğu musiqinin sözləri biabırçılıqdır. Lakin bu biabırçılığa saysız- hesabsız dinləyicilər qulaq asır və bəyənib pərəstiş edirlər. Bu musiqıçılər şou yaradaraq izləyici kütləsi toplayırlar. Digər saydığınız nöqsanlar əslində kifayət qədərdir. Lakin onları izləyib sevirlər. Bunun da mənfi tərəfi sözsüz ki, çoxdur. Ancaq dediyim kimi, sadəcə şou xətrinə edilən məsələdir. - Sovet dönəmində xaricə səfər edib estrada ulduzları ilə tanış ola bilirdinizmi? - Mən 1976-ci ildə Amerikada bir konsertdə olmuşdum. Çox peşakar ifaçılar, sənətkarlar səhnədə çıxış edərək konsert verirdilər. Lakin səhnədə ifaçılar arasında gərginlik yarandı daha sonra əlbəyaxa olub dava elədilər. Bütün teksturanı, mikrofonu və digər alətləri sındırdılar. Amma məni ən çox tamaşaçıların bütün olanlara normal qarşılaması təəccübləndirdi. Çox normal və sakit qarşıladılar. - Sovetlərdə nəzarətin güclü olduğu dönəmdə xaricə necə səfər edə bilmişdiniz? Sizə xaricə getmək çətin olmadı kı? - Mən o zamanlar gəmidə çalışırdım. Hətta qeyd edim ki, üzgücülüklə də məşğul olmuşam. Məşhur “Odessa” adlı kruiz gəmisində çalışmışam. 1 aylıq bizi Amerikaya göndərmişdilər. Lakin 8 ay Amerikada qalmalı oldum. - Amerikanın hansı ştatlarında səfərdə olmusunuz? - Yeni Orlean ştatında, Nyu -York şəhərində olmuşam. Mənim çalışdığım gəmi sanki özü hərəkət edən bir ölkə idi. Amerikada isə bizi gözəl qarşılayırdılar. - Sizin məşhur mahnılarınız hər zaman dillərdədir. Buna örnək olaraq “Bir Sabah”ı göstərə bilərik. Əsl Azərbaycan estradasına örnək musiqi demək olar. Nəyə görə yeni mahnılar ifa etmirsiniz? - Dediyiniz musiqi formatında ölkəmizdə yeni rok janrını təbliğ etməyə çalışmışdıq. Xalq tərəfindən də sevilməyə doğru gedirdi. Sadəcə olaraq bizdən başqa digər sənətçilər tərəfindən lazımi səviyyədə təbliğ olunmadı. Həm də rok musiqisinə yetərli səviyyədə maraq və diqqət göstərilmədi. Onun əvəzinə bayağı musiqilərə tələbat və maraq çoxaldı. - Bir neçə ay öncə ölkənin musiqi gündəmini “Dərviş bənd” adlı rok qrupu zəbt etdi. Dinləmişdiniz? - Başlanğıcları çox gözəl və yaxşı səviyyədə alındı. Mən də çox bəyəndim. İstərdim ki, onlara dəstək olsunlar, onlar da öz yerini layiqli səviyyədə tapa bilsinlər, bəstəkarlar və prodüserlər onlarla əməkdaşlıq etsinlər. - Mübariz bəy yaşadığımız həyat barədə nə düşünür? Haradan gəlmişik, hara gedirik? - Bu sualı mənə 15-20 il əvvəl versəydiniz, ona cavab tapa bilməzdim. Çünki səhər yuxudan durandan çəkilişlərdə olurdum. İndi zaman və dövr dəyişib. Həmin qastrol səfərlərim də yoxdur. İndi bir kollektivi sərhəddən çıxarmaq böyük problemdir. O vaxtlar qastrol səfərlərində ən dəbdəbəli mehmanxanalarda qalırdıq. Bizə çatmırdı ki, onların günlük gecələmə qiyməti 700-900 ABŞ dollarıdır. Bu barədə düşünmürdük. Bu problemlərlə prodüsserlər maraqlanırdılar. Bu gün isə peşəkar prodüsser və təşkilatçılarımız yoxdur. Yalnız Mədəniyyət Nazirliyi ilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə müəyyən konsertlər təşkil olunur. Bunu ancaq alqışlamaq lazımdır. Lakin sözügedən məsələlərə diasporlar qatılmalıdır. Nazirlik hər yerdə konsert edə bilməz. Geri qayıt |