Əsas Səhifə > Şou-biznes > "Uca yaradanın yanımda olduğuna əminəm..."

"Uca yaradanın yanımda olduğuna əminəm..."


14-01-2024, 10:41
"Uca yaradanın yanımda olduğuna əminəm..."
Aparıcı Xoşqədəm Hidayətqızı sosial media hesabında paylaşım edib.

Axşam.az-ın məlumatına görə, o, ad günü (13 yanvar - red.) olduğunu vurğulayıb.

"Mənimki elə bir səssizlikdir ki, üzüm sükut, daxilim qiyamət... 16 yaşımdan bu günə qədər sükut və qiyamətlə böyüdüm, yaşımın üstünə yaş gəldi. Mübarizəm, savaşım həmişə yardım etdiklərimlə, əlindən tutub, ayağa qaldırdıqlarımla oldu. Qısası, zərbələri inanıb, sevdiklərimdən aldım... Amma heç nə olmamış kimi içimdəki qiyamətlə davam etdim, böyüdüm və hələ ki, addımlayıram. Nə vaxta qədər, bilmirəm?! Bildiyim odur ki, Allaha çox inanır, güvənirəm. Uca yaradanın yanımda olduğuna əminəm. Bu savaşlarda ona görə qalib gəlirəm. Rəbbimin mənə pislik edənlərə cavabına çok şahid olduğum üçün əmin addımlarla gedirəm, daşa-kəsəyə baxmadan, çox şükür. Rəbbimin verdikləri üçün ona sonsuz minnətdaram. Bu gün doğum günüm" deyə, Xoşqədəm yazıb.
Geri qayıt