Əsas Səhifə > Şou-biznes > "Ondan sonra Qar qız obrazını oynamadım"

"Ondan sonra Qar qız obrazını oynamadım"


30-12-2023, 09:33
"Ondan sonra Qar qız obrazını oynamadım"
İllərdir müxtəlif tədbirlər, yeni il şənliklərində və tamaşalarında “Qar qız” obrazını canlandıran aktrisa Günel Məmmədova deyir ki, Qar qız kimi sevilməyinin əsas səbəblərindən biri uşaqlara olan xüsusi sevgisidir.

“2006-cı ildən mən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında işləyəndən Qar qız idim orda. Son 6-7 ildə artıq o obrazı canlandırmıram. Həmişə sevə-sevə canlandırmışam bu rolu. Hamı mənim uşaqlara qarşı həssaslığımı bilir. Nə qədər fiziki olaraq görkəmim buna imkan verir, istər tamaşalar, istərsə də belə obrazları uşaqlar üçün canlandıracağam. Çünki onların gözlərindəki sevinci, xoşbəxtliyi görəndə, anlayıram ki, mənim üçün bundan böyük hədiyyə ola bilməz.”

O, özünü Qar qız obrazına tam olaraq, uyğun hesab edir. Slavyan xalqlarına bənzərliyi olduğundan, düşünür ki, onun simasında uşaqlar Qar qızın sehrinə daha çox inanır. Lakin o, bir məqamda nigaranlıq yaşayır..

“Mən görkəmim slavyan xalqlarına oxşar olduğu üçün, qar qız olduğuma inanırdılar. Mənə həmin gün çoxlu hədiyyə gətirənlər olurdu, özünü sırf mənim obrazıma oxşadanlar olurdu. Amma həmişə nigaranlıq keçirirdim ki, görəsən, uşaqların hər birinə sevgi, diqqət ayıra bildimmi? Çünki, hər biri istəyirdi ki, əlimdən tutsun, mənə toxunsun, rəqs etsinlər mənimlə. Hər bir uşaq üçün, xüsusilə, qız uşağı üçün “Qar qız” sehirli bir obrazdır. Hər biri ona toxunmaq, onun reallığına varmaq istəyir. Çalışırdım ki, hər birinə diqqət ayıra bilim.”

Aktrisa Asya Atakişiyeva isə dəfələrlə “Qar qız” obrazını canlandırsa da, bu rolu bir daha oynamayacağının səbəbi həm gülməli, həm də maraqlıdır.

“Əvvəllər mən Qar qız obrazını canlandırırdım, bir dəfə mənə bir uşaq yaxınlaşıb dedi ki, “Qar qız, qar qız, sən Qar qız deyilsən, qara qızsan.” Ondan sonra, mən Qar qız obrazını oynamadım. Əslində mən bilirdim ki, mən qarayam, Qar qız obrazına uyğun deyiləm. Amma mənə tapşırırdılar deyə, icra etməli idim. Sonra isə tamaşada olmadığı təqdirdə, o obrazı canlandırmadım. Qar qız obrazında şəklim də yoxdur. Çünki özümü heç zaman o obraza uyğun hesab etməmişəm. Mən özümü Bahar qızı hesab edirəm.”
moderator.az

Geri qayıt