Əsas Səhifə > Şou-biznes > "Ölkədən çıxışıma qadağa qoyulub, 150 min borc var"
"Ölkədən çıxışıma qadağa qoyulub, 150 min borc var"27-12-2023, 17:29 |
Xəbər verdiyimiz kimi , Azərbaycan Dövlət Pantomima Teatrının kadrlar idarəsinin mütəxəssisi Aytən Kərimova cinayət məsuliyyətinə cəlb edilib. O, 332 min manat mənimsəməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbsə alternativ qətimkan tədbiri seçilib. Məsələ ilə bağlı AzVision.az-a danışan teatrın direktoru Elman Rəfiyev bildirib ki, bu araşdırmalar onun şəxsi təşəbbüsü ilə baş tutub. "Günlərin bir günü telefonuma zəng gəldi ki, Pantomima Teatrının direktoru kimi ölkədən çıxışıma qadağa qoyulub. Mən bunu araşdıranda məlum oldu ki, teatrın 150 min vergi borcu var. Bundan sonra teatra yeni mühasib dəvət olundu və yeyintinin olduğu mənə tam aydın oldu. Mədəniyyət Nazirliyinə məktub yazıb yoxlama aprılması üçün müraciət etdim". Direktor qeyd edib ki, bir ilə yaxındır ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi araşdırma aparır. "Son nəticəni onlar deyəcək. Qanun qarşısında hər kəs cavab verəcək". Geri qayıt |