Əsas Səhifə > Şou-biznes > Müğənni Dənizə qarşı yarım milyonluq dələduzluq

Müğənni Dənizə qarşı yarım milyonluq dələduzluq


26-12-2023, 11:23
Müğənni Dənizə qarşı yarım milyonluq dələduzluq
Rüşvət almaqda təqsirləndirilən 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarovun məhkəməsi başlayır.

Lent.az xəbər verir ki, R.İsfəndiyarov barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə prosesinin hazırlıq iclası dekabrın 30-na təyin edilib.

Qeyd edək ki, R.İsfəndiyarov Cinayət Məcəlləsinin 178.3.2, 179.2.3, 308.2, 32.4.308.2, 311.3.2, 311.3.3, 313, 32.4.313 və 320.1-ci maddələri ilə təqsirli bilinir.

Bildirilir ki, R.İsfəndiyarov müğənni Dəniz Əsədovadan aldatma yolu ilə 627 yüz min manat pul alıb. O, istintaq müddətində vəsaitin 100 min manatını geri qaytarsa da, digər hissəsini verməyib. Müğənni R.İsfəndiyarovun həbs edilərək ağır cəzalandırılmasını tələb edib.

Cinayət işi üzrə Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Sosisal Müdafiə Fondu və müğənni Dəniz Əsədova zərərçəkmiş şəxs qismində tanınıb.

Xatırladaq ki, R.İsfəndiyarov barəsindəki cinayət işi ilə əlaqədar bir neçə ay əvvəl 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi vəzifəsindən azad edilib. O, bu ilin fevral ayında həbs edilib və 3 ay həbsdə saxlandıqdan sonra bu ilin may ayında ev dustaqlığına buraxılıb.

Bundan əlavə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində həmin cinayət işi üzrə 308.2 və 313 cü maddələri cinayət işi ayrılıb müğənni Dəniz Əsədovanın şikayətçi olduğu onun pulunu mənimsəyən Şahin Verdiyev və Mehparə Kazımova barəsində araşdırma aparılır.

Geri qayıt