Əsas Səhifə > Şou-biznes > "İlk dəfə idi izləyirdim... o qədər ağladım ki..."
"İlk dəfə idi izləyirdim... o qədər ağladım ki..."25-12-2023, 09:15 |
“ “Təhminə” filmi çəkiləndə mənim üçün həm Azərbaycan, həm də türk dilində ssenarilər çıxartmışdılar. Türk dilində oxuyub başa düşəndən sonra Azərbaycan dilində əzbərləyirdim. Bu film mənim səsimlə çəkilib. Nəcibə xanım filmi çox gözəl səsləndirib. Bilirəm ki, sizdə dublyaj aktrisası olaraq çalışır. Obrazın dilindən o hissi, həyəcanı həqiqətən də tamaşaçıya çatdıra bilib. Onunla görüşümüz illər əvvəl baş tutmuşdu. O vaxtı da ona bu səsə görə təşəkkür etmişdim” Bunu Moderator.az-a özəl açıqlamasında məşhur aktrisa Meral Konrat deyib. O daha sonra Rasim Ocaqovu xatırlayıb. “Rasim Ocaqov həqiqətən də düşüncəli və gözəl insan idi. “Təhminə” filmi çəkiləndən sonra Azərbaycanda qala gecəsi baş tutdu. Müəyyən səbəblər üzündən mən həmin gecəyə qatıla bilmədim. Rasim müəllim mənim üçün İstanbulda bir qala gecəsi təşkil etdi. Tamaşaçı zalı çox böyük idi. Fikirləşirdim ki, Azərbaycanda çəkildiyim bir film üçün nə qədər tamaşaçı gələ bilər ki?! Amma yanılmışam, inanın Allaha gecədə izdiham yaşandı. Çox həyəcanlı idim. İlk dəfə idi izləyirdim. O qədər ağladım ki..” deyə sənətçi bildirib. Meral Konrat bildirib ki, film çəkilişlərində Rasim Ocaqov xəstələnib. “ “Təhminə” filmi çəkiləndə Rasim Ocaqovun ürəyi ilə bağlı səhhətində problemlər yarandı. O xəstəxanada yatdı, bir az sağalmağına zamanımız getdi. Sağalandan sonra Fəxrəddin avtomobil qəzası keçirdi. O da sağalandan sonra mən xəstələndim. Türkiyədə “İsa, Musa, Məryəm” adlı bir filmə çəkiləndə belimdə adam daşıyırdım. Belimdə yırtıq əmələ gəlmişdi. O dəqiqə xəstəxanaya apardılar, əməliyyat etdilər. Bu film çox çətinliklə ərsəyə gəldi” deyə aktrisa bildirib. Geri qayıt |