Əsas Səhifə > Şou-biznes > Özünü kirayələr kraliçası adlandıran aktrisa SƏRT Danışdı:
Özünü kirayələr kraliçası adlandıran aktrisa SƏRT Danışdı:9-12-2023, 09:52 |
“Kirayələr kraliçasıyam. Ən böyük səhvim bu sənətə gəlmək olub. Əslində hərbçi olmalıydım. Dedilər ki, bu sahə yaxşıdır, əlçatmazdır, məni yönəltdilər. Amma gəlməli deyildim. Çox əziyyət çəkirəm. Uşaqlar böyüyüb məni keçiblər, öz otaqları, yataqları yoxdur. İstədiyin şəraiti düzətməyə əlin gəlmir, deyirsən ki, camaatın evidir. Kirayənin vaxtı elə tez gəlib çatır ki. Bu ayı verirsən, o biri ay gəlir. Nə etsən də kirayədir də. Yığırsan, yığışdırırsan, amma sənin deyil. Mənim bir evim olacaq, o da məzar. Hələ qismət olsa. O da hər adama qismət olmur” Bunu Moderator.az-a açıqlamasında Şuşa Dövlət Musiqili Dram teatrının aktrisası Mətanət Eres deyib. O daha sonra əlavə edib. “Bu sənətdə təmiz qalıb, vicdanla çalışıb, nələrdənsə keçməyib öz gücünə, quru maaşa işləmək asan iş deyil. Hər adam bunlara dözmür. Ona görə də 30 ildir işləyirəm, nə adım var, nə də evim. Bəzən deyirlər ki, filankəs tiktokdan pul qazanır. O əgər bacarırsa, niyə də yox? Aktrisaların tiktokdan pul qazanmasını görməmişəm. Təkcə Pərvin Abıyeva aktiv tiktok istifadəçisidir. Mən onun xətrini çox istəyirəm, bir filmdə də çəkilmişik. Çoxundan da mərddir, sözübütöv qızdır. Onun şəxsi həyatının mənə aidiyyatı yoxdur, maraqlı deyil. O bəzi aktrisalardan da yaxşı oynayır. Pərvin aktrisadır, amma bəzi aktrisa olmaq istəyən cığazlar bizim sənətimizə əl atır. Onlar ələnib gedəcəklər. Sabah sosial şəbəkələr bağlansa onları harada görəcəyik? Heç yerdə. Onsuz da aktrisalar ömür-billah qara bəxt olublar. Əslində əxlaqsız hər sahədə var, biz sadəcə göz önündə olanlarıq. Sabah bir həkimi, bir müəlliməni populyar et, efirə çıxar artıq başlayacaqlar onun haqqında da danışmağa. Qarışqanı fil edib danışmaq millətin canında, qanında var. Fakt tanıdığım, əlimin içi kimi bildiyim adam üçün elə sözlər deyiblər ki, quruyub qalmışam. Dayanıb baxmışam ki, bu nələr danışır? Haqqına girənlər də var, haqqı olanlar da. Sosial şəbəkələrdə elə görüntülər qabağımıza çıxır ki. Onlar ki, aktrisa deyil! O artıq insanın qanında, canında olmalıdır. Adamın adı çıxınca, canı çıxsın” deyə aktrisa bildirib. Aktris Laçında yaşamaq istədiyini bildirib. “İşlə bağlı Laçında tez-tez gedib gəlirəm. İnanın ki, heç Bakıya qayıtmaq istəmirəm. Laçının səhərləri də, axşamları da tamam başqa olur. Laçında insan başqa cür nəfəs alır. Ora üçün ölürəm. Laçında xoşbəxt oluram. Atamı hələ də apara bilməmişəm, səhhəti o qədər də yaxşı deyil. Gözü yaxşı görmür, qulağı zəif eşidir. İnşallah ki, qismət olsa bir gün onu da doğma torpağına aparacam” deyə aktrisa bildirib. Geri qayıt |