Əsas Səhifə > Şou-biznes > “Deputatlar buna da bir əlac tapsın...”

“Deputatlar buna da bir əlac tapsın...”


6-12-2023, 14:10
“Deputatlar buna da bir əlac tapsın...”
Milli Məclisdə kino çəkilişlərinin əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə bağlı dinləmələr keçiriləcək.

“Cebhe.info” xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa parlamentin plenar iclasında bildirib. Onun sözlərinə görə, dinləmələr yaxın 10 gün ərzində baş tutacaq. Müzakirələrə rejissorlar, prodüserlər, və başqa sənət adamları dəvət olunacaq.

Mövzu ilə bağlı “Cebhe.info”-ya açıqlamasında Xalq artisti Rasim Balayev bildirib ki, bu qərarın müəyyən xeyirli tərəfləri ola bilər:

"Xatırlayıram, o zamanlar kinonu inkişaf etdirmək üçün kiçik bir biznes qurmaq istəyirdik. Ondan dolayı çalışdıq, dövlət elə bir qərar qəbul etsin ki, biz rahat bizneslə məşğul ola bilək. Bizneslə məşğul olacağımız halda vergidən azad olaq, gömrük rüsumları və digər sahələrdə bizə toxunmasınlar, lakin çox təəssüf ki, o qərarı qəbul etmədilər.

Aradan xeyli zaman keçəndən sonra belə bir qərarın qəbul edilməsi müsbət addımdır. Düşünürəm ki, bu qərardan sonra film sektoruna müəyyən təsiri olacaq".

Müsahibimiz film sektorunda olan problemlərdən danışıb:

"Bizim problemimiz tək kinonun maliyyə məsələsi və ya maliyyə dəstəyinin olmaması deyil. Çox şükür, möhtərəm cənab Prezidentimiz necə lazımdırsa, kinoya dəstək verməyə hazırdır. Bizim əsas problemimiz ondadır ki, keçmiş zamanlarda olduğu kimi film çəkilişi yoxdur. Yaxşı yazarlarımız, ssenaristlərimiz çox azdır. Məncə, o sahədə də islahatlar aparılsa, çox gözəl olardı. Milli Məclis Azərbaycan kinosuna bununla bağlı bir əlac tapsa, çox yaxşı olardı".

Geri qayıt