Əsas Səhifə > Şou-biznes > "Bu titulu mənə Rusiyada veriblər"

"Bu titulu mənə Rusiyada veriblər"


1-12-2023, 14:00
"Bu titulu mənə Rusiyada veriblər"
“Qazandığım pulu səhnə geyimlərinə və mahnılarıma xərcləyirəm. Geyimlərim çoxdur, həddən artıq çox. Həftəlik 5-6 geyim götürüb qarderobuma qoyuram ki, bunlardan istifadə edəcəm. Bilirsiniz ki, xeyli çəki atmışam. Bacım məndən xəbərsiz bütün geyimlərimi çamadanlara yığıb, saxlayıb. İndi o geyimlər əynimə çox rahatlıqla olur. Bilirdim ki, nə vaxtsa arıqlayacam. İndi o geyimləri sevə-sevə istifadə edirəm. 10 il geyim almasam mənə bəs edir”

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Mətanət İsgəndərli deyib. O daha sonra əlavə edib.

“Xəstəliklər məni kökəltdi. Pandemiya vaxtında pəhriz saxlaya bilmədim. Həkimlər deyirdi ki, qətiyyən pəhriz olmaz. 107 kilo idim. Ayaq üstə dayana bilmirdim, ayaqlarım, belim ağrıyırdı. Mən o dönəmlərdə sanki yaşamırdım. O illərdə özümü xoşbəxt yox, bədbəxt sayırdım. Kökəlməklə insan sən demə xoşbəxt olmur” deyə müğənni bildirib.

Müğənni “El qızı” titulundan da danışıb.

“Bu titulu mənə Rusiyada veriblər. O vaxt məni dəvət edib dedilər ki, biz sizin vasitənizlə yeni yaranan cəmiyyətləri tanıtdırmaq istəyirik. Hər hansısa siyasətçi gəlsə həmin insanları ora toplamaq mümkün deyildi. Ona görə də onlara sənət adamı lazım idi. Harada azərbaycanlılar var idisə məni istəyirdilər, sevirdilər. O zaman da “Gecədən sübhədək”, “Anam, hardasan?” mahnılarım məşhur idi. Mənə dedilər ki, qürbətdə yaşayan azərbaycanlılar sizin bu mahnılarınızla yaşayırlar. Onlarla heç bir qonorar danışmadım. Çünki cəmiyyət yeni yaranmışdı, onlardan qonorar istəyə bilməzdim. 25 nəfər ansambl yığıb Rusiyaya yola düşdüm. Qarış-qarış gəzərək azərbaycanlılarla görüşürdüm. “El qızı” adını da mənə Tula şəhərində verdilər” deyə müğənni bildirib.

Geri qayıt