Əsas Səhifə > Şou-biznes > UTANMAĞINDAN BÖYÜMƏYƏN YAZAR...
UTANMAĞINDAN BÖYÜMƏYƏN YAZAR...23-11-2023, 05:31 |
Orxan Pamuka hər gün itin sözünü dedilər, heç birini eşitmədi. Heç xəbəri olmadı ki, kim onun barəsində nə dedi. Amma Çingiz Abdullayev haqqında bir status yazırsan, eşidir. Hətta çayxanada danışdığın söz də gedib onun qulağına çatır. Çünki Orxan böyüyüb, Çingiz yox. Yazıçı onun haqqında söz deyən adamlarla yox, özü özü ilə dalaşmalıdır: mən niyə böyümürəm ki, qulağıma bu qədər səs gəlir? Çingiz Abdullayev isə nəinki özü ilə dalaşmaq, adam özü səsə çevrilib camaatla dava-qırğına çıxır. İndi də onun əsərlərinə zir-zibil deyən aparıcını məhkəməyə verir... P.S: Məhkəmə də elə biləcək siyasi sifarişdir, çaşıb aparıcı qız haqqında 4 ay həbs qəti imkan tədbiri seçəcək... P.P.S: Mən burda nə aparıcını müdafiə edirəm, nə də efir etikasından danışıram. Efir etikası konteksində aparıcını qınamaq olar. Mənim statusumda söhbət Çingizin əlini-qolunu çırmayıb bu işlə məşğul olmasından gedir... Müəllif: Kəramət Böyükçöl Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU) Geri qayıt |