Əsas Səhifə > Şou-biznes > "Biz Türkiyədə Azərbaycanı layiqincə təmsil edirik"

"Biz Türkiyədə Azərbaycanı layiqincə təmsil edirik"


21-11-2023, 10:58
"Biz Türkiyədə Azərbaycanı layiqincə təmsil edirik"
“Biz Türkiyədə Azərbaycanı layiqincə təmsil edirik. Türkiyədəki universitetlərdə bizim həmyerlilərimiz çalışır, iş adamları ilə tez-tez bir araya gəlirik. Arzumuz və istəyimiz Azərbaycanın adını, bayrağını hər zaman ucada tutmaqdır. Mən piano müəllimiyəm, dərs deyirəm. Həm də teatrşünasam. İncəsənəti davam etdiririk. Ailəmizdə hamı incəsənətlə məşğuldur”

Bunu Moderator.az-a özəl açıqlamasında görkəmli teatr və kino xadimi Nəsibə Zeynalovanın gəlini, xalq artisti Cahangir Novruzovun həyat yoldaşı Elnarə Novruzova deyib. O daha sonra əlavə edib.

“Nəsibə xanımla bağlı xatirələrim heç vaxt məni tərk etmir. Nəsibə xanımın bütün Azərbaycan üçün dildə olan kəlmələri var. Bakıda olanda bir taksiyə mindim. Sürücü onun gəlini olduğumu bilib başladı danışmağa ki, Nəsibə xanım belə deyərdi, Nəsibə xanım filan şeyi elə deyərdi. Onun dediyi sözlər hər zaman hamımızın dilindədir. Əvəzedilməz bir insan idi. Bizim sənətimizdə yeri tam başqa idi. Allah rəhmət etsin” deyə sənətkarın gəlini bildirib.

Elnarə Novruzova bildirib ki, Nəsibə xanım “Qaynana” filmindəki Cənnət xala obrazı ilə həyatda tamam ayrı insan idi.

“Məni çox qoruyurdu. Həqiqətən də mənim anam idi. Hər zaman soruşurlar ki, Nəsibə xanım sizin üçün necə qaynana olub? Bizim qaynana-gəlin münasibətimiz olmayıb. Anam qədər mənə yaxşılıq edib. 40 yaş məndən böyük idi. Bir-birimizə qarşı böyük hörmətimiz var idi. Mənə qızım, Cahangirə isə kürəkənim deyirdi. Deyirdi ki, Elnarənin xətrinə dəymə” deyə sənətkarın gəlini bildirib.

Geri qayıt