Əsas Səhifə > Şou-biznes > “Babamın məzarı dağılır, sinə daşı çatlayıb, şəkili və yazılar silinib”
“Babamın məzarı dağılır, sinə daşı çatlayıb, şəkili və yazılar silinib”20-11-2023, 05:57 |
Xalq artisti, sevilən xanəndə Hacıbaba Hüseynovun məzarı baxımsız vəziyyətdədir. Sənətkarın nəvəsi Fatimə Hüseyn Moderator.az-a bildirib ki, babasının məzarı dağılmaq üzrədir. “Babamın məzarı çox biyabırçı haldadır. Neçə dəfədir məzarını ziyarət edirəm. Ora nəzarət edənlər də var, deyim ki, görməyiblər yalan olar. Məzarın özündən də başqa üzərində gəzdiyimiz daşlar tərpənir, az qalır yerindən çıxsın. Sinə daşı çatlayıb, şəkili, adı və soyadı artıq silinmək üzrədir. Düzdür, bir dəfə müraciət etdim, yazını yenilədilər. Bu təxminən bir neçə il öncə olmuşdu. 1-ci Fəxri Xiyabandır, dövlət adamları orada dəfn olunub. Məncə ora bu vəziyyətdə olmalı deyil. Dövlət əlindən gələni edir. Bir neçə yerə müraciət edəcəm. Deyirlər ki, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edin. Hacıbaba Hüsyenov balaca sənətkar olmayıb, onun məzarı elə olmalı deyildi. Demirik ki, orada iki mərtəbəli büst qoysunlar. Ən azından məzarı təzələsinlər” deyə sənətkarın nəvəsi bildirib. Mənbə: Moderator.az Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU) Geri qayıt |