Əsas Səhifə > Şou-biznes > “Heç kim heç kimin qapısını döyüb pul vermir, qınamayaq, problemləri çoxdur”

“Heç kim heç kimin qapısını döyüb pul vermir, qınamayaq, problemləri çoxdur”


12-11-2023, 07:46
“Heç kim heç kimin qapısını döyüb pul vermir, qınamayaq, problemləri çoxdur”
“Bir zamanlar sənətkarın yalnız sənətkarlığı, yaradıcılığı ilə maraqlanıb ona sənətkar deyirdilər. Çox təəssüflər olsun ki, bu gün sənətkarın iç dünyasından danışırlar, ondan sonra vaxt qalsa sənətinə baxıb qiymət verirlər. Sənətkar öz sanbalını hərtərəfli qorumalıdır. Sənətkarlığını təsdiq edəndən sonra bu onun üçün ikiqat məsuliyyətdir. Bu məsuliyyəti hiss etmək hər sənətkara nəsib olmur”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən aktrisa Afaq Bəşirqızı deyib. O daha sonra əlavə edib.

“Bizim sənətimiz sintetik sənətdir. Orada dramaturgiya da, rejissor da, musiqi də, aktyor da əsasdır. Amma əlbəttə ki, rejissor daha peşəkar olmalıdır. Senarini oxuyanda artıq rejissor haqda təsəvvürüm yaranır. Mən hansısa rolu oynayanda ona doğma yanaşıram. İstəyirəm obrazın əyər-əskiyini elə təqdim edim ki, obraz məndən inciməsin” deyə xalq artisti bildirib.

Xalq artistinə toylara, xınayaxdılara gedən sənətçilər haqda da sual ünvanladıq.

“Mən indi onları qınaya bilmirəm. Heç kəsi də qınamaq istəmirəm. Onların problemləri çoxdur. Əgər toylar onların problemlərini həll edəcəksə niyə də olmasın?! Heç kim heç kimin qapısını döyüb pul vermir ki, ac qalma. Əsl sənətkarın heç vaxt pulu olmayıb. Onlar sənətlərinin fanatıdırlar” deyə xalq artisti bildirib.

Mənbə: Moderator.az
Geri qayıt