Əsas Səhifə > Şou-biznes > Hissin mahnısının sözlərinin imtahan bazasına salınmasına PRoMete-dən REAKSİYA
Hissin mahnısının sözlərinin imtahan bazasına salınmasına PRoMete-dən REAKSİYA7-11-2023, 12:42 |
"Bir neçə gündür ki, sosial şəbəkələrdə və televiziyalarda orta məktəb imtahanlarında olan testlərin təhsil sisteminə verdiyi zərərdən danışılır. Məsələn: "Evə gələndə çörəyi kim alır?" sualı ilə bağlı süjeti gördüm. Məncə də bu bizim bir çox hallara uyğunlaşaraq yanaşmamağımızın fəsadlarındandır". Bu sözləri rep ifaçısı PRoMete (Pərviz İsaqov) öz instaqram hesabında bildirib. O, sön günlər müğənni Hissin mahnısının imtahana salınmasından sonra yaranan qalmaqala aydınlıq gətirib. PRoMete şərhlərdə müzakirə zamanı bildirib ki, bu sual Hissin gündəlik həyatı və ya nə geyindiyi ilə bağlı deyil. Bu, Hissin mahnısından bir cümlənin qrammatik normalarla təhlilidir: "Yəni şəhid övladlarımız digər uşaqlarla bərabər təhsil alırlar. Bunu necə testə salanda düşünməmək olar ki, bu sual onların qarşısına çıxanda aqibət necə olacaq. Nümunə kimi deyirəm, qərbdə qeyri-ənənəvi oriantasiyası olan şəxslərin hisslərinə toxunmamağa görə, bir çox yerlərdə "hörmətli xanımlar" və "hörmətli cənablar" sözünü "hörmətli sərnişinlər", "hörmətli istifadəçilər"lə əvəz ediblər. Çünki insanın mənəvi əzilməmə faktoru hər şeydən üstündür. İnsanları sevən cəmiyyətdə bax belə olur. Biz isə şəhidlərimizin övladlarını belə testlərdə nəzərə almırıq. Son günlərdə televizyalarda analitik verilişlərdə müzakirə olunan mövzulardan biri də Hissin "Mars" mahnısından "mahnılarım qızıldır, paslanmır" cümləsinin testlərə daxil edilməsidir. Diqqət edirsinizsə, analitik verilişlərdə. Hansında ki, jurnalist məsələnin mahiyyətinə varmalıdır. Amma təəssüf ki, Aytən Səfərovalarımız efirlərdə azdır. Bəzən o məsələnin mahiyyətinə baxmağa dəvət etsə də Mehman Rəsulov kimi aparıcılar "Mənim uşağım bu sualın cavabını haradan bilməlidir? Mütləq Hissə qulaq asmalıdır?" sualını verir. Orada Hissin adının olması heç bir mahiyyət daşımır. Əsas məsələ, Mehman bəy, sizin uşağınızın Azərbaycan dilinə nə qədər hakim olmasıdır. Çünki o uşağının atasının yanaşması məntiqinə varmadan, sadəcə "küyə" gedən yanaşmadır. Yanınızda Aytən Səfərova dərinlikdə bir jurnalist var. Heç olmasa onun dediklərinə axıra kimi qulaq assanız, anlayaqcaqsınız ki, məsələnin mahiyyəti nədir. Bu sözləri sujetlərin əvvəli ilə axırı uzlaşmayan "Atv news" kollektivinə də aid edirəm. Siz material hazırlayanda bir az diqqətli olsanız sizin də çalışdığınız televiziyanın xeyrinə olar. Bu sözləri Hissin meneceri olduğuma görə demirəm. Qətiyyən, hamı bilir ki, olduğum sektorda xoşuma gəlməyən nəsə olubsa, daim bildirmişəm. O ki, qaldı o testləri hazırlayan pedaqoqlara, onlara sadəcə alqış düşür". Qeyd edək ki, özəl tədris müəssisələrindən birində 9-cu siniflər üçün təşkil olunan sınaq imtahanında Hissin "Mars" adlı mahnısındakı "mahnılarım qızıldır, paslanmır" sözləri yer alıb. Sözügedən sual ictimaiyyətdə birmənalı qarşılanmayıb. Tanınmış sənətkarların klassik ifalarından yox, məhz Hissin mahnısından test tərtib edilməsi müzakirələr yaradıb. Təqdim etdi: DİA.AZ (Ərsoyun Bloqu) Geri qayıt |