Əsas Səhifə > Şou-biznes > “O qədər bəxtəvərlik verirlər ki, deyirlər nə vecinizədir, oxuyub oynayıb pul qazanırsız”

“O qədər bəxtəvərlik verirlər ki, deyirlər nə vecinizədir, oxuyub oynayıb pul qazanırsız”


7-11-2023, 09:58
“O qədər bəxtəvərlik verirlər ki, deyirlər nə vecinizədir, oxuyub oynayıb pul qazanırsız”
“Qonşularımla münasibətim hər zaman yaxşı olub. Adətən musiqiçilərlə, müğənnilərlə qonşu münasibətləri həmişə yaxşı olmur. Çünki biz saz ifa edirik, istər-istəməz səs-küy olur. Amma mən heç vaxt evdə sazı ürəkdən ifa etməmişəm ki, kimsə səs-küydən narahat olar. Kimsə qonaq gələrsə o ifa edib. Amma elə qonşularım olub ki, özüm məcbur olub yuxarı çıxmışam və demişəm ki, uşağınızı sakitləşdirin. Bir dəfə də mənimlə əvvəlki qonşularımdan biri ilə aramda kiçik bir söz-söhbət olmuşdu. Qapını döyüb dedi ki, Telli xanım sazın səsi gəlir. Dedim ki, ev mənimdir özüm bilərəm (gülür). Həqiqətən də qonşularım gözəl insanlardır”

Bunu Moderator.az-a açıqlamasında tanınmış aşıq Telli Borçalı deyib. O daha sonra sənətinin çətinliyindən danışıb.

“Sənətimiz gözəl olsa da təəssüf ki, çox çətindir. Bunu bütün musiqiçilər, sənətçilər də bilir. Bəzən adama o qədər bəxtəvərlik verirlər ki. Deyirlər ki, vecinizədir? Gedib oxuyub, oynayırsız, pulunuzu alırsız. Toy böyük məsuliyyətdir. Bunu biz bilirik. Sonra da gəlib eyni mahnını dəfələrlə sifariş edirlər. Adam neçə dəfə “elə sənin acığına” şeirini deyər?” deyə Telli Borçalı deyib.

Xanım aşıq sənətdəki dostluqlardan da danışıb.

“Yaxşı dostun olanda kefin də saz kimi olur. Mənim də elə dostlarım var. O demək deyil ki, Telli həmişə deyib-gülür, danışır. Xeyr, mənim də əsəbi, kefsiz vaxtlarım olur. Biz sadəcə insanlara yaxşı enerji ötürürük. Şəxsən mən çalışıram ki, problemlərimizi tamaşaçılara bildirməyim. Biz buna məcburuq. Bəzən qınayırlar da. Deyirlər ki, bəxtəvərdir, gör nə oynayır?” deyə sənətçi bildirib.
//Moderator.az//


ŞƏRHSİZ...
Geri qayıt