Əsas Səhifə > Şou-biznes > “Yəqin ki, Vado Korovinin bundan xəbəri yoxdur, əks halda..”

“Yəqin ki, Vado Korovinin bundan xəbəri yoxdur, əks halda..”


2-11-2023, 11:15
“Yəqin ki, Vado Korovinin bundan xəbəri yoxdur, əks halda..”
Əməkdar jurnalist Rasim İsmayılovun redaktoru və “Space” tv-nin sabiq direktoru Müşfiq Hətəmovun layihə rəhbəri olduğu “Hər gün bir tarix” film-verilişin yayımı zamanı onların adları titrlərdən çıxarılıb.

DİA.AZ-ın xəbərinə görə, Moderator.az-a açıqlama verən Rasim İsmayılov bildirib ki, “Space”-dən ona zəng edərək bunun texniki səhv olduğunu deyiblər.

“ “Space tv”-dən zəng edib dedilər ki, bu qüsur texniki səhv olub. Başqa nə deyə bilərdilər?! Məsələni araşdıracaqlarına söz verdilər. 1 saat sonra yenidən zəng edib bildirdilər ki, hər şey rəhbərliyin tapşırığı ilə bərpa olunub. Konkret mən kimisə günahlandırmıram. 33 ildir bu işin içindəyəm. Nə bir adamın xətrinə dəymişəm, nə də adım intriqalarda hallanıb. Kimsə bu titrı götürüb yenidən yazıb, efirə verib. Mənə mənəvi cəhətdən ağrılı gəldi, xətrimə dəydi. Mən 18 il orada işləmişəm. Biz həmkarıq, bir-birimizə hörmət etməliyik. Bu kimi hallar peşəmizi hörmətdən salır. Hamımız bir-birimizə düşmən kəsilirik. Sonra jurnalistləri qınaq obyektinə çevirirlər. Məni ağrıdan bunlardır. Jurnalistin jurnalistdən başqa heç kimi yoxdur. Vəsiqə cibimizdə olana qədər biz hörmətliyik, vəsiqə cibdən çıxandan sonra biz onlar üçün heç kimik. Adım orada oldu-olmadı bu mənə maraqlı deyil. Bu heç nəyi dəyişmir. Adım o qədər filmlərdə, layihələrdə var ki” deyə redaktor bildirib.

“Yəqin ki, Vado Korovinin bundan xəbəri yoxdur, əks halda..”

Məsələ ilə bağlı film-verilişin layihə rəhbəri Müşfiq Hətəmovun da fikirlərini öyrəndik.

“Bu xəbəri mətbuatdan eşitdim. İnanmıram ki, bu səhv bilərəkdən edilib. Yəqin ki, işçilərin xətasıdır. Rəhbərlik səviyyəsində olan bir qərar deyil. İnanıram ki, Vado Korovinin bu işlərdən xəbəri yoxdur. Mən belə məsələlərə əhəmiyyət vermirəm. Ola da bilər ki, aşağılarda kimlərsə bunu kiməsə xoş gəlsin deyə ediblər. Dəqiq bir söz deyə bilmərəm” deyə o bildirib.

Geri qayıt