Əsas Səhifə > Şou-biznes > "Klipim bir neçə günə hazır olacaq"
"Klipim bir neçə günə hazır olacaq"2-11-2023, 10:14 |
“4 yeni mahnı çıxarmışıq. “Apar apar” adlı mahnıma həm də klip çəkdirmişəm. Bu mahnıya çox güvənirəm. Mahnının bəstəkarı Pərviz Mahmudov, sözləri isə Leyli İsrafilovanındır. “Gedə-gedə” mahnımın da müəllifi Pərvizdir. Bir neçə sevilən mahnım var ki, ondan almışam. Klipim bir neçə günə hazır olacaq, yutub kanalımda da yayımlanacaq” DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Sevda Sanaliyeva deyib. O daha sonra əlavə edib. “Artıq verilişlərə də çıxıram. Bir neçəsinə “hə” demişəm. Məni küsdürməsələr davamlı çıxacam verilişlərə. Küsdürsələr bir də inanmıram ki, qayıdım. O gedən gedəcəm. Əlbəttə ki, bu sözümü hər verilişə, hər aparıcıya şamil etmirəm. Amma verilişə çıxanda əvvəla qonaqlara diqqət etmək lazımdır. Qonaqlar bir-biri ilə uyğun olmalıdır. Mənim danışa bilmədiyim mövzuda yanımdakı qonaq danışanda utanıram. Mən də oluram o qonaqdan biri. Bunlara diqqət etmək lazımdır. Bundan əlavə artıq-əskik suallar olur. Çox istərdim ki, efirlərdə mənə yalnız mahnılarımla, işlərimlə bağlı suallar versinlər. Qalmaqallı, şəxsi həyatla bağlı sualların olmamasını istəyirəm. Məni efirlərdən qaçıram bu səbəblərdir. İndi elə zəmanədir ki, hansı verilişə çıxırıqsa o yutubda qalır. Mən əzab-əziyyətlə iki uşaq böyüdürəm. İstəmərəm ki, balalarım hansısa verilişdə danışığıma görə, aparıcının hansısa səhvinə görə məndən utansın. Bunlar məni çox düşündürür. Bu mövzuda çox həssasam. Mənim işimdən də əvvəl əsas balalarımdır. Mən də onları düşündüyümə görə geri planda qalmağı seçdim. Amma qarşıma elə mahnılar çıxdı ki, onları məni sevənlərlə bölüşmək istədim” deyə müğənni bildirib. Sevda Sanaliyeva deyir ki, onun üçün kəmiyyət yox, keyfiyyət önəmlidir. “Əgər reytinq verən qalmaqaldırsa, səviyyəsiz söhbətlərdirsə o zaman mən yoxam. Eybi yox, mən 5 ayda 1 verilişə çıxım, amma səviyyəli, sanballı olsun. Hansı ki, o qalmaqaldan uzaqdır, musiqili verilişdir. Reytinq tək qalmaqalla olmur. Mən özümdən bilirəm ki, hansı verilişə çıxsam reytinqli olur. 2 ildən çoxdur verilişlərə çıxmıram, amma çox dəvətlər alıram. Hansı veriliş istəyər ki, reytinqsiz müğənnini çağırsın?! Demək ki, reytinqim var. Verilişlərdə hər şeyi qalmaqallara bağlayırlarsa demək ki, bizim kanallarımızda da, aparıcılarımızda da, müğənnilərimizdə də problem var. Problem var ki, biz reytinqi də, baxımlılığı da qalmaqalda axtarırıq. Yəni biz o qədər maraqsız olmuşuq? Mahnılarımız dinlənilmir? Geyimini, danışığını, sözünü, yerini bilən bir müğənni gəlib efirdə otursa mən inanmıram ki, o veriliş reytinq toplamasın! Ümid edirəm ki, düz danışıram. Efirlərdə lazımsız söhbətlər çox olur. Elə bilirsiniz ki, tamaşaçılar bunu sevir?! 10 il bundan öncə verilişlər belə deyildi. Müğənni rahatlıqla efirlərə çıxıb mahnılarını təqdim edirdi, gözəl söhbətlər olurdu. İndi müğənninin geyiminin qiymətini soruşurlar. Sual verirlər ki, həyatında kim var? Bu söz məni o qədər utandırırki. Ekranın qarşısında uşaq da, gənclər də, yaşlılar da oturur. Təsəvvür edin ki, nənəmiz, babamız yaşında insanların qabağında biz şəxsi həyatımızı danışırıq. Efirə çıxan insanlar nümunəvi olmalıdırlar. Geri qayıt |