Əsas Səhifə > Şou-biznes > “Mənə dedi ki, eynən Ağadadaş Ağayev kimi oxuyursunuz”

“Mənə dedi ki, eynən Ağadadaş Ağayev kimi oxuyursunuz”


25-10-2023, 16:24
“Mənə dedi ki, eynən Ağadadaş Ağayev kimi oxuyursunuz”
Xalq artisti Ağadadaş Ağayev gənc ifaçıların şöhrət qazanmaq həvəsindən danışıb.

“Hər kəs istəyir şöhrət sahibi olsun, tanınsın. Gənclik illərində o hiss insanda daha qabarıq olur. Sonradan anlayırsan ki, şöhrətin də yaxşı və pis tərəfləri var.”
İllərlə səsinin tanınıb sevilməsinə baxmayaraq, üzdən tanınmamasını gülüşlə dilə gətirən sənətkar öz gənclik dövründən maraqlı hadisəni danışıb:

“Cavan vaxtlarımda Qaraçuxur deyilən yerdə çadır toyunda idim. Yəni, toya müğənni kimi dəvət olunmuşdum. Bir cavan oğlan yaxınlaşdı, cibindən pul çıxartdı atdı önümə, dedi ki, “bir dənə Ağadadaşdan oxu”. Mən də başladım oxumağa. Təəccüblə baxdı mənə, dedi “bir dənə də oxu”. Mənə üç dənə Ağadadaşdan mahnı oxutdu, gördüm bu toyu ələ alıb, getmir. Toy sahibinə astaca dedim ki, “Bu cavan oğlan qohumdu?” Dedi, “yox heç tanımıram kimdi.” Cavan oğlan mənə dedi ki, “siz eynən Ağadadaş Ağayev kimi oxuyursunuz.”(gülür) Sonra çıxıb getdi. Gedəndə də bir neçə dəfə təəccüblə çevrilib arxaya- mənə baxırdı.

O vaxtlar kasetim çıxmışdı, populyar idim, 5 ildən sonra televiziyaya çıxdım. Heç kim məni üzdən tanımırdı, amma səsimi eşidəndə tanıyırdılar.”
Gərək səsin özündən daha gözəl olsun ki, üzünü də görmədən səsini sevsinlər, tanısınlar.

Geri qayıt