Əsas Səhifə > Şou-biznes > "Müğənnilər yarım saat orda-burda “banlayırlar”, deyirlər ki, xoşbəxtdirlər, inanın ki, əksəriyyəti bədbəxtdir...”
"Müğənnilər yarım saat orda-burda “banlayırlar”, deyirlər ki, xoşbəxtdirlər, inanın ki, əksəriyyəti bədbəxtdir...”20-10-2023, 12:34 |
Tanınmış jurnalist, ekspert Anar Vəziroğlu Azərbaycanda toylardan külli miqdarda pul qazanan müğənnilərin çoxunun savadının aşağı səviyyədə olması, sosial şəbəkələrdə Azərbaycan dilində normal yazmağı bacarmamaları barədə tənqidlərə münasibət bildirib. DİA.AZ-ın məlumatına görə, A.Vəziroğlu Pravda.az-a açıqlamasında deyib ki, müğənnilərdən heç nə ummaq lazım deyil: “Şair şeirini verir, bəstəkar bəstələyir, müğənni də çıxıb özü üçün oxuyur. Son vaxtlar görürəm ki, müğənni şairini də, bəstəkarını da artıq özü tapır. Şit-şit bütün mavi ekranlarda, radiolarda, televiziyalarda özlərini alt paltarlarına qədər reklam edirlər. Belə biabırçılıq olmaz axı. “Ayaqqabımın qiyməti 400 manat, donumun qiyməti 800 manat...” Ağızlarına gələn qiyməti deyirlər, bəlkə də, 40-80 manatdır. Şitini çıxarıblar. Qəribədir. Bu gün kitab oxuyanların sayı həddindən çox aşağıdır. Vaxtilə Məzahir Süleymanzadənin “Səhər” qəzeti çıxırdı. Kim nə iş görürdüsə, onu qəzetində lokanik yazırdı. İndi palaz-palaz yazırlar. Müğənnilər savadlı heç nə yazmırlar. Yadınıza gəlirsə, müğənni Röya guya universitetə hüquq fakültəsinə qəbul olmuşdu. Nə oldu onun oxumağı? Bir-iki il sonra çıxdı. Özü dedi ki, mən hara, universitet hara, hüquq fakültəsi hara? Təsəvvür edin, bunların oxumaqları budur. Bir az şöhrət tapırlar, gedib guya universitetə daxil olurlar. Onları oxumaq maraqlandırmır. Yəhudilərdə ağıllı bir söz var: “mən neynirəm o pulu ki, ağlım yoxdur, neynirəm o ağılı ki, pulum yoxdur...” Yəni hərəsindən bir az olsa, daha gözəldir”. Ekspert bildirib ki, müğənnilər üçün hər şey puldur: “Bəzi şeylər var, ona pul da yaxın gəlmir. Məsələn, insan ölümü... Söhbət yaşamaqdan gedir. Abırlı yaşamaq lazımdır. Müğənnilər heç pullarını xərcləməyi də bacarmırlar. Evlərində reportaj hazırlayırlar. Gedib baxın, reportaj olmayan günlərdə görün ki, onların həyatları nədir. Heç nə! Kreditlə maşın alırlar. Aldığın maşını ən azı, gərək, 10 il sürəsən. Bunlar 6 aydan sonra maşını üstündə cərimə ilə geri qatarırlar. Yalandan bir-iki nəfər sponsor “Hacı” tapmaqla deyil. Hamının elə “Hacı” kimi sponsoru olmur ki. Hamı bərbad gündə deyil ki, arvadını boşasın, cavan qız alsın. Bunu edən bir-iki nəfərdir, hamı da onları tanıyır. Adlarını deməsəm də, tanıyırlar ki, kimlər “Hacı” ilə məşhurlaşıblar. Bunların sayı azdır, amma camaatın gözünə elə girirlər ki, camaat deyir, “gərək, mənim də qızım müğənni olsun”. Dəhşət budur. Savadı öyrətmək lazım deyil, çünki insanın özündə olur. İnsan ailədə formalaşır. Məktəb də var, amma əsas ailədir. Məktəb, sadəcə, istiqamət verir. Mən böyük bir səhv etmişdim, 6-cı sinifdə Məmməd Səid Ordubadinin “Qılınc və qələm" əsərini oxumuşdum. Məəttəl qalmışdım. Bu kitabı o yaşda oxumazlar. Əsərdəki Fəxrəddin, Vidadi... Mən ilk dəfə görürdüm ki, sinəsi açıq qadın, nə bilim nə... İndi deyirlər ki, hər şeyin zayı çıxıb. Hər şeyin zayı elə o vaxt çıxdı. Məmməd Səid Ordubadi XX əsr yazıçısı idi. Bütün çılpaqlığı ilə Qətibəni əsərə qoymuşdu. Səhərə kimi oxuyurdum, sonra da gedirdim ot çalmağa. Budur bizim uşaqlığımız, keçmişimiz. Dəhşətdir. İndi, təxminən, müğənnilər də həmin şeyi edirlər. Ota getmirlər, yarım saat orda-burda “banlayırlar”, gəlib deyirlər ki, xoşbəxt yaşayırıq. İnanın ki, əksəriyyəti bədbəxtdir...” Geri qayıt |