Əsas Səhifə > Şou-biznes > Əli Mirəliyev həddini aşdı: Öldürülən müğənnini təhqir etdi
Əli Mirəliyev həddini aşdı: Öldürülən müğənnini təhqir etdi17-10-2023, 10:58 |
“Azəristar” yarışmasının iştirakçısı olan və şou-biznesdə Yaqut Nəriman kimi tanınan Yaqut Həşimova ötən gün həyat yoldaşı tərəfindən qətlə yetirilib. İlkin məlumata görə, cinayət hadisəsi qısqanclıq zəminində baş verib. DİA.AZ yenisabah.az-a istinadla xəbər verir ki, hadisədən sonra mərhumun duet ortağı Əli Mirəliyev "Bizimləsən" ictimai-sosial verilişinin efirinə zəng vurub. O, qətlə yetirilən Yaqutla bağlı qalmaqallı açıqlamalar verib. Onun başqa yollara düşdüyünü iddia edib: "Onların ailəsini yaxşı tanıyıram. Əri öz xalası oğlu idi. Mən Yaqutun sənətdə irəli getməsi üçün onunla duet oxudum. Hətta dəfələrlə teleaparıcılardan da şəxsən xahiş etmişdim ki, onu mənimlə birgə efirə çağırsınlar. İstedadlı qız idi, sadəcə ona kömək etdim. Sonralar gördüm ki, bunun sorağı başqa yerlərdən başqa cür gəlir. Ona söylədim ki, sənin ailən, uşağın var. Yaqut populyar olandan sonra belə şeylər edirdi. Deyirdim ərin var, evə get. Bəzən içib məni yığırdı. Mən qətlə haqq vermirəm. Bunları danışıram ki, situasiyadan xəbərdar olasınız. Biri var tək qadın olasan, biri də var sənin ərin, 8-9 yaşlı oğlun ola. Mən olan şeyləri danışıram”. Əli Mirəliyevin bu açıqlaması studiyada gərginlik yaradıb. Verilişdə ekspert qismində iştirak edənlər onun bu söhbətini yersiz adlandıraraq ifaçını tənqid atəşinə tutublar. Həmin kadrları təqdim edirik: VİDEO BURADA - baxmaq üçün bura tıkla... Geri qayıt |