Əsas Səhifə > Şou-biznes > Xalq artistindən Pərvin Abıyevaya SƏRT REAKSİYA
Xalq artistindən Pərvin Abıyevaya SƏRT REAKSİYA14-10-2023, 11:56 |
Xəbər verdiyimiz kimi aktrisa Pərvin Abıyeva növbəti qalmaqallı açıqlaması ilə gündəmə gəlib. DİA.AZ-ın məlumatına görə, Pərvin qonaq olduğu “Qapqara” verilişində şəxsi həyatından söz açıb. Bildirib ki, nə oğluna, nə də qardaşına özü kimi qızı almaz: “Mənə sual verəndə ki, “Özün kimi qızı oğluna və ya qardaşına alarsan?” Yox, deyə cavab verirəm. Bu mövzuda valideynləri qınamaq olmur. Çünki mənim üzüm üzlər görüb. Həyatımda nələr görmüşəm, yaşamışam, bilmişəm, eşitmişəm…” Pərvin Abıyevanın bu fikirləri sosial şəbəkələrdə ciddi müzakirələr səbəb olub. Çoxları səsləndirdiyi fikirlərə görə aktrisanı qınayıb. DİA.AZ-ın məlumatına görə, Pərvin Abıyevanın sözügedən fikirləri ilə bağlı Bizim.Media-ya açıqlama verən Xalq artisti, tanınmış rejissor Əbdül Mahmudov bildirib ki, bu vəziyyət günümüzün faciəsidir: “Bu gün kor da bilir ki, balıq şordur. Yəni balığın şor olduğunu bilmək üçün göz lazım deyil. Bu bir faktdır ki, indi hər şey şəxsi müstəvidə həll olunur. Ümumi dəyərlər, ölçülər pozulub. Hər şey şəxsi münasibətlər çərçivəsində həll olunur. Əgər sənin harasa çıxışın varsa, onda sən nəinki gündəmdə olursan, həm də öz axmaq fikirlərinlə gündəm də yaradarsan. Pərvin Abıyevanın o cür danışması bu günümüzün və milli dəyərlərimizin faciəsidir. Bu nəinki milli dəyərlərə, heç qadına, qıza yaraşan fikirlər deyil. Cəzasız qalan əməllər, senzurasız efirlər, əxlaqsız davranışlar gətirib o vəziyyətə çıxardıb ki, efirlərdən bu cür sözlər eşidirik”. Geri qayıt |