Əsas Səhifə > Şou-biznes > "O hadisədən sonra mən özümə gələ bilmirəm"

"O hadisədən sonra mən özümə gələ bilmirəm"


11-10-2023, 08:25
"O hadisədən sonra mən özümə gələ bilmirəm"
Xəbər verdiyimiz kimi Vətən müharibəsi şəhidi Taleh Kazımovun həyat yoldaşı sevilən sənətkar, əməkdar artist Xumar Qədimovaya hədiyyə təqdim edib.

DİA.AZ bildirir ki, Xumar xanım bu haqda özəl olaraq Moderator.az-a danışıb.

"Şəhid ailələri ilə keçirilən görüşdə bir xanım mənə yaxınlaşıb öpüb, bağrına basdı. Sonra qolundakı saatı çıxarıb tez-tələsik qoluma taxdı. Bu xanım şəhidimiz Taleh Kazımovun xanımı idi. Mənə dedi ki, həyat yoldaşım sizi çox sevirdi, mən isə onu sizə qısqanırdım. Bu sevgini qəbul edə bilmirdim. İndi çox peşmanam. Mən indiyə qədər belə bir hədiyyə almamışdım. Özü də həssas bir xanımdan. O hadisədən sonra mən özümə gələ bilmirəm. Hamı bilir ki, mən çox həssas biriyəm. Həmin görüşdən və hadisədən sonra mən nə qədər dərman qəbul etdim. Özümü pis hiss etməyə başladım. İndiyə qədər belə bir hədiyyə almamışdım” deyə Xumar Qədimova bildirib.
Qeyd edək ki, bu hadisə nəğməkar-şair Cəlal Qurbanovun şəhid ailələri ilə birgə təşkil etdiyi görüşdə baş verib.

Xumar Qədimova sənət yeniliklərini də bizimlə bölüşüb.

“İki günə yeni nəğməm çıxacaq. 13 oktyabrda youtube üzərindən yayımlanacaq. Yeni klipimiz də işıq üzü görüb. Əminəmki çox bəyənəcəkiniz. “Ayrıldıq” adlı mahnımı bir dəfə də olsun hələ efirdə ifa etməmişəm. Adətən yeni mahnı olanda efirlərə çıxıb, tanıdırlar. Mən bunların heç birini etmədim. Baxış sayı 32 milyonu keçib. Mahnı öz-özünə məşhurlaşdı. Mən bu mahnı ilə efirlərə çıxsaydım yəqin ki, bir o qədər də baxış sayı toplayacaqdı klip" deyə sənətkar deyib.

Geri qayıt