Əsas Səhifə > Şou-biznes > "Qanunla gərək ata-ana övladın çiynində getsin"

"Qanunla gərək ata-ana övladın çiynində getsin"


4-10-2023, 08:40
"Qanunla gərək ata-ana övladın çiynində getsin"
“Qanunla gərək ata-ana övladın çiynində getsin. Oğulun ata-ananın çiynində getməsini heç kimə arzulamıram. Sonuncu lokal antiterror əməliyyatında da biz şəhidlər verdik, yaralılarımız oldu. Allah onların hamısına şəfa versin, şəhidlərimizə rəhmət etsin. Torpağa su qatırsansa o palçıq olur, torpağa qan qatırsansa vətən olur. Bütün döyüşlərdə qan tökülür. Biz vətənimizə görə bu qanları tökmüşük, şəhidləri vermişik. Azərbaycanın müstəqilliyinə, bütövlüyünə görə biz bu gün şəhidlərimizlə qürur duyuruq. Onların ailələrinə baş sağlığı verirəm, şəhid analarının qarşısında baş əyirəm. Sağ olsunlar ki, ata-analar bu cür övladlar yetişdiriblər. Biz öv övladlarımıza onları tanıtmalıyıq, başa salmalıyıq. Ordumuza çox borcluyuq. Onlar bu çətin və şərəfli işdə Azərbaycanı bütün dünyaya qalib ölkə kimi tanıtdırdı”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi deyib.

Xalq artisti bildirib ki, şəhidlərimizin qəhrəmanlıqları musiqi əsərlərində yaşadılacaq.

“Təbii ki, onlar haqda əsərlər də yazılacaq, yazılmalıdır da. Pyeslər də səhnələşdiriliəcək. Mədəniyyət xadimləri onları əlbəttə ki, yad edəcək. Biz nə qədər də onlar haqda mahnılar yazıb yaratsaq belə, onların göstərdiyi qəhrəmanlıq, vətənpərvərlik, şücaət qarşısında bu heç nədir. Biz onların ruhuna minnətdar olmalıyıq. Allah onlara rəhmət etsin” deyə xalq artisti bildirib.

Geri qayıt