Əsas Səhifə > Şou-biznes > "Deyirdi ki, özümdən asılı deyil, sənin üçün çox qorxuram"

"Deyirdi ki, özümdən asılı deyil, sənin üçün çox qorxuram"


29-09-2023, 09:59
"Deyirdi ki, özümdən asılı deyil, sənin üçün çox qorxuram"
“Heç inana bilmirəm ki, o cür qadın artıq yoxdur. Sözü bütöv, vətənpərvər, xalqını sevən, qeyrətli, savadlı, ötkəm... Çox heyf! Mənim üçün çox böyük itkidir. Çünki biz çox yaxın idik”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Afaq Bəşirqızı millət vəkili Qənirə Paşayeva haqda danışarkən deyib. O daha sonra əlavə edib.

“Həmişə nəyəsə görə ona müraciət edəndə elə bir an olmayıb ki, o lap mötəbər iclaslarda da olsa, başqa yerdə də olsa mənə cavab verməsin. İclasdan çıxan kimi birinci mənə zəng edib deyirdi ki, səndən nigaran qaldım. Nə oldu?! Deyirdim ki, hər dəfə mən sənə zəng edəndə sən məndən nigaran qalacaqsan?! Niyə nigaran qalırsan, Qənirə?! Deyirdi ki, özümdən asılı deyil, sənin üçün çox qorxuram. Mənə tez-tez zəng et. Deyirdim ki, zəng edirəm iclaslarda olursan, axı sən elə-belə adam deyilsən, deputatsan, ictimai işlərlə məşğul olursan. Heyf! Artıq Qənirə yoxdur. Əlbəttə ki, haqqında çox danışılacaq. O qədər sadə, çörək verən qız idi. Ona müraciət edənlərin heç birini heç vax yarımçıq qoymurdu. Dəfələrlə özüm də zəng etmişəm ki, filankəsin təqaüd məsələsi gecikir. Bir telefonla mənimlə danışırdı, o biri telefonla universitetin rektorunu yığırdı. İnsan bu qədərmi təmiz, ürəyi yanan, vətənpərvər olar?! Tovuz döyüşlərində əyninə hərbi forma geyinib orada oturdu. Deyirdim ki, Qənirə bir az gəl istirahət et, sonra yenə də gedək də. Deyirdi ki, bax elə ona görə gəlmirəm, deyəcəksən ki, mən də gedirəm. Sənə olmaz! Sən demə elə ona olmazmış. Xəstəlik.... Dərmanlar... Allah ona qəni-qəni rəhmət etsin, o biri dünyasını versin. Yeri çox görünəcək. Hələ mənə onun ölüm xəbəri yaxından çatmır, o yoxdur. Elə bilirəm ki, ürəyimi boşaldacam və o mənə zəng edəcək. Elə təəssüratdayam” deyə sənətkar saytımıza özəl açıqlamasında bildirib.

Geri qayıt