Əsas Səhifə > Şou-biznes > “Erməni türkü qəbul etməyəcək, verdikləri söz də, bağladıqları saziş də yalan olacaq”
“Erməni türkü qəbul etməyəcək, verdikləri söz də, bağladıqları saziş də yalan olacaq”21-09-2023, 08:47 |
“Allahdan şəhidlərimizə rəhmət diləyirəm. 37 saatlıq döyüşü mən onların intiqamı sayıram. Cənab prezident, Ali Baş Komandan bir daha Azərbaycan dövlətinin qüdrətini və xalqla dövlətin birliyini nümayiş etdirdi. O dəfələrlə təkrar etdi ki, dəmir yumruq yenə də öz yerindədir. Bunu başa düşən xalq ermənilər kimi rəftar etməzdi. Amma bu dəfə belə izah etdilər ki, onlarda silahlı qruplardır, falan. Neynək? Eybi yoxdur! Sabahkı danışıqdan çox şey asılıdır. Amma onu bilirəm ki, erməni heç vaxt türkü qəbul etməyəcək, türklə dostluq etməyəcək. Onların bağladıqları sazişlər də, verdikləri sözlərin də hamısı yalan olacaq” DİA.AZ bildirir ki, bunu Moderator.az-a özəl açıqlamasında xalq artisti Afaq Bəşirqızı deyib. O daha sonra əlavə edib. “Allah böyükdür, hər dəfə yalnış addım atanda bizi ayıldır ki, onlara inanmayın. Həqiqətən də onların insan olduğuna, onların da Allah tərəfindən yaradıldığına bəzən şübhə ilə yanaşıram. İnanın! Əlbəttə ki, həm sevinirəm ki, lokal hərbi əməliyyatlar dayandırıldı, həm də şəhidlərimizə kədərlənirəm. Hətta Şuşada mülkü vətəndaşı belə iş başında öldürdülər. Güc-bəla ilə qurub-yaratdığımız Şuşanı da yaraladılar. Bu yaralar sağalar, şəhid yarasından başqa. Təki vətən bütöv olsun. Təki Ali Baş Komandanın yanında olmağımız, ona olan sədaqətimiz, ona olan inamımız sarsılmasın. Həmişə Azərbaycanımız üçün atdığımız addımların daha möhkəmini, daha iradəlisini ataq. Torpaqlarımız bizim nəzarətimizə keçəndən sonra əlbəttə ki, ora ilk gedənlərdən biri də mən olacağam” deyə sənətkar bildirib. Sənətkar bildirib ki, ermənilərin azərbaycanlıların başına gətirdiyi müsibətlər tarixin yaddaşından silinməyəcək. “Nənəmin o vaxtı ermənilər haqqında danışdığı o hadisələri xatırlayıram: gəlinlərin bellərində samovar qaynadırdılar, uşaqları analarının qarnından bıçaqla yarıb çıxarırdılar və süngünü başına keçirirdilər. Onda mənim bədənim əsirdi, lakin təsəvvür edə bilmirdim ki, o niyə belə deyir? Amma Xocalı faciəsinin canlı şahidi olandan sonra çox gözəl başa düşürəm ki, bu nədir?! Mən bu faciəni bütün nəslimə, övladlarıma, ətrafıma, tamaşaçılarıma hər dəfə təkrar edirəm ki, biz bu faciəni unutdurmayaq. Düşmənə düşmən deməyi bacaraq. Bu ifadəni beynimizə və ürəyimizə həkk etməliyik” deyə sənətkar bildirib. Geri qayıt |