Əsas Səhifə > Şou-biznes > Niyam Salami hüquq mühafizə orqanlarına müraciət etdi:

Niyam Salami hüquq mühafizə orqanlarına müraciət etdi:


16-09-2023, 10:00
Niyam Salami hüquq mühafizə orqanlarına müraciət etdi:
Müğənni Niyam Salaminin “Youtube" kanalı ələ keçirilib.

DİA.AZ musavat.com-a istinadla bildirir ki, bu barədə müğənni sosial şəbəkədə məlumat yayıb.

Niyam Salami artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini də bildirib:

“Özünü az qala Azərbaycanda “internet ağa”sı kimi təqdim edən Mamed adlı şəxs adımla bağlı olan şəxsi “Youtube” səhifəmi mənimsəyərək virtual haqlarımı göz görə-görə pozur. Dəfələrlə sivil şəkildə ona müraciət edib səhifəmin şifrəsini istəsəm də o, müxtəlif bəhanələr gətirərək şifrəni verməkdən boyun qaçırır. Sözü gedən Mamedi mən illərdir tanıyıram. Dillər əzbərinə çevrilmiş “Gülüm-gülüm” mahnısına çəkilən klipin “Youtube” piarını ona həvalə etmişdim. Bunu ona görə qeyd edirəm ki, ekran işindən əldə olunan gəlirdən bir qəpik də olsun qonorar almamışam (söhbət həm də kanalımda yayımlanan digər ekran işlərindən gedir).

Buradan üzümü hüquq-mühafizə orqanlarına tutub xahiş edirəm ki, məsələyə ciddi yanaşılsın. “Youtube” kanalım real təhlükə altındadır. Mən Mamed adlı şəxslə heç bir halda əməkdaşlıq etmək istəmirəm.

O, isə məcbur edir ki, yalnız mənimlə işləməlisən!”

Geri qayıt