Əsas Səhifə > Şou-biznes > "50-100 manatın üstündə insanların münasibəti korlanır"

"50-100 manatın üstündə insanların münasibəti korlanır"


9-09-2023, 09:58
"50-100 manatın üstündə insanların münasibəti korlanır"
“50-55 ildir ki, teatr sahəsindəyəm. Bu illər ərzində irili-xırdalı yüzlərlə, minlərlə rollar oynamışam. Azdan-çoxdan filmlərə çəkilmişə. Amma yenə də köhnə filmlərimizə dəfələrlə baxsam da, bu gün yenə də baxıram. Tək mən yox, elə tamaşaçılar da köhnə filmlərimizi həvəslə izləyirlər. Bu gün aktyor nəsli layiqincə yetişmir. Barmaqla sayılası sənətkarlarımız qalıb. O vaxt aktyorluğu bitirməyən tələbəni teatrda işə götürmürdülər. Tapşırıq da keçmirdi. İndi yerindən duran aktyorluq etmək istəyir. Edir də. Bu onda nə dərəcədə alınır tamaşaçılar deyə bilər. Nə savadları var, nə görünüşləri, nə də ki, təhsilləri. Ona görə də sənətimiz uçuruma gedir. Ümidverici aktyorlar yetişmir”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Valeh Kərimov deyib. O daha sonra əlavə edib.

“Ara-sıra seriallardan dəvət gəlir. Bu günlərdə bir serialda da çəkilmişəm. O vaxt senarini verib deyirdilər ki, evdə oxuyun. Səhəri gün gələndə soruşurdular ki, hansı rol xoşuna gəlib?! Deyəndəki filan rol xoşuma gəlib, sual verirdilər ki, bəs filan rol necə idi? Səni ona çəkmək istəyirik. Artıq sən senarini, obrazları bilirdin. Bu gün isə çəkiliş meydançasında gündəlik senari yazılır. Senari öncədən yazılıb sənətkara verilməlidir. Bəlkə sonradan məni elə vəziyyətə salacaqsınız ki, mən roldan imtina edəcəm?! Aktyor nə istər? Yeni-yeni rollar, tamaşalar, filmlər, seriallar! Hazırda Mingəçevir Dövlət Dram teatrında çalışıb, aktyor və rejissorluğa olan tələbatımı ödəyirəm” deyə sənətkar bildirib.

Xalq artisti “Bəxt üzüyü” filmi ilə bağlı bir məqamı da xatırlayıb.

“ “Bəxt üzüyü” filmində itmiş üzüyün aqibətini hələ də soruşanlar var. Məni görənlər elə bu sualı ünvanlayırlar ki, üzük həqiqətənmi itmişdi?! İndi qızılın qiymətindən xəbərsizəm, amma o vaxt təbii ki, ucuz idi. Vaqif Səmədoğlu onu göstərir k, 50-100 manatın üstündə insanların münasibəti korlanır. Bir yerdə yeyib içən adamlar, bir dəqiqənin içində bir üzükdən ötrü hamı düşmən olurdu. Ümumilikdə götürəndə ordakı insanların hamısının elə bəxtləri itib. Moşunun bəxti onda gətirməyib ki, istedadı yoxdur, amma şair olmaq istəyir. Söylünün bəxti onda gətirməyib ki, kasıb şairə ərə gedib, övladları çoxdur, dolana bilmirlər. Amma görün onlar necə mehribandırlar. Belə götürsək elə ən xoşbəxt bizim rollarımızdır” deyə xalq artisti bildirib.

Geri qayıt